PDF Oxu

Siyasət

  • 3 132

Ekofəalların səsi nə zaman duyulacaq? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Ekofəalların səsi nə zaman duyulacaq? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ekoaktivistlərin və ictimai fəalların Laçın-Xankəndi yolunda aksiyaya başlanmasının 60-cı günüdür. Bu 60 gündə onlar nəinki ruhdan düşmədilər, əksinə, daha da fəallaşıblar və öz tələblərini reallaşdırana qədər aksiyaya davam etdirilməsinə israrlıdırlar. Amma təəssüf ki, ekologiyanın mühafizəsindən ağız dolusu danışan Qərb Azərbaycan ekoaktivistlərinin haqlı tələblərinə səsini çıxarmır və heç bir dəstəyini ifadə etmir. Əgər belə ekoloji terroru törədən azərbaycanlılar olsaydı və ermənilər belə bir aksiya keçirsəydilər bütün qərb ayağa qalxar, Ermənistana dəstək verərdi”. Bu sözləri SİA-ya açıqlamasında Azər Badamov deyib.Onun sözlərinə görə, belə bir münasibətin olmasını təəssüf hissi ilə dünyada baş verən ədalətsiz və ikili standartlarlı yanaşmaların davam etməsi ilə bağlı olduğunu qeyd etmək istəyirəm: “Ekoaktivistlər davamlı aksiya keçirməklə birinci növbədə ekoloji terrora və ərazilərimizdə qeyri-qanuni yollarla mineralların talanmasına qarşı olduğumuzu nümayiş etdiririk. İkincisi isə aksiya keçirilən yol humanitar məqsədlər üçün açıq olsa da, milli sərvətlərimizin talanıb Ermənistana aparılmasının qarşısını almış olduq”.Deputat sözlərinə belə davam edib: “Üçüncüsü isə Ermənistanın Laçın-Xankəndi yolu vasitəsilə Qarabağın dağlıq ərazisinə silahlar və terroristlərin daşınmasının qarşısını alınmış olduq. Aksiyaçılarımız aksiyaya fasiləsiz davam etməsi, həm də separatçıların yenidən təxribatlar törətmək cəhdlərinin qarşısını almış oldu. Aksiya keçirməklə ekoaktivistlər Laçın-Xankəndi yolunun və sülhməramlıların məsuliyyət zonasındakı ərazilərinin Azərbaycanın torpaqları olduğunu və istənilən vaxtı öz ərazisində hər bir əməliyyatı keçirmək iqtidarında olduğumuzu nümayiş etdirmiş oluruq. Beləliklə, sülhməramlıların məsuliyyət zonasındakı ermənilər nə qədər tez Azərbaycanın qanunlarına tabe olub birgə yaşaması üçün dövlətimizə müraciət etsələr, bu, onların özləri üçün yaxşıdır.Aksiyaçılarımız səsləndirilən tələblərin yerinə yetirilənə qədər aksiyanı davam etdirmək əzmindədirlər. Baxmayaraq ki, hələ də bu istiqamətdə ciddi bir addım atılmamışdır, amma aksiyalarımız lazımı vaxta qədər davam edəcək. Əgər tələblər yerinə yetirilməzsə, aksiyaçılarımızın o ərazidə nəzarət-buraxılış məntəqələrin qurulması ilə əvəz oluna biləcəyini hesab edirəm”.

Ayşən Vəli

Digər xəbərlər