PDF Oxu

Siyasət

  • 2 223

“Heydər Əliyev və Azərbaycan Təhsilinin inkişaf yolları” FOTOLAR

“Heydər Əliyev və Azərbaycan Təhsilinin inkişaf yolları” FOTOLAR

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının Peşə liseyi ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan Təhsilinin inkişaf yolları” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyev, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidllərimizin və qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. Görüşdə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini böyük tarixi hadisə adlandıraraq, Ümummilli lider Heydər Əliyev qəlbində vətən sevgisi hər şeydən yüksək olan tarixi şəxsiyyət olduğunu, ulu öndərin dövlətimiz naminə misilsiz işlər gördüyünü vurğulayıb. Partiya fəalı Günel Əhmədova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb, xalqımızın öz xilaskarını heç zaman unutmayacağını bildirib. Daha sonra çıxış edən partiya fəalları Bahar Bədəlova, Vüsalə Mikayılova çıxışlarında Yeni Azərbaycan Partiyasının banisi, xalqımızın xilaskarı Heydər Əliyevin Azərbaycanın inkişafında, Elm və təhsil sahəsində olan misilsiz xidmətlərindən söhbət açıblar.

İlham

Digər xəbərlər