PDF Oxu

Siyasət

  • 3 111

YAP Biləsuvar rayon təşkilatında görüş keçirilib FOTOLAR

YAP Biləsuvar rayon təşkilatında görüş keçirilib FOTOLAR

YAP Biləsuvar rayon təşkilatında partiyaya yeni qəbul edilmiş üzvlərlə görüş keçirilib. Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı iştirakçıları təbrik edərək onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb. YAP Rayon təşkilatının fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açan Kamil Qurbanlı hər bir partiya üzvünün fəal olmalı olduğunu, partiyanın rayon təşkilatının işində yaxından iştirak etməklə öz töhfələrini əsirgəməmələrini arzu etdiyini bildirdi. Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət və bu siyasətin uğurlarından danışdı. Tədbir zamanı partiya sıralarına qəbul edilən yeni üzvlərə vəsiqələr təqdim edildi.

Tədbirin yekununda iştirakçılarla xatirə şəkli çəkildi.

Rəfiqə

Digər xəbərlər