Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-c il Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq Yap Yasamal rayon təşkilatının “H.Cavid pr.115” ünvanında (AMEA Akademik H.Əliyev adına Coğrafiya İnstitutu) yerləşən ərazi partiya təşkilatında tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, AMEA Akad. H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov və ərazi üzrə partiyanın üzvləri iştirak edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olmuş bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. AMEA Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov iclas iştirakçılarını salamlayaraq sözü YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verib.
Çıxış edən Bəxtiyar Nəbiyev bildirdi ki, Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu 800 minə yaxın üzvü olan, milli dövlətçilik tariximizdə tutduğu mövqeyi ilə nüfuz qazanan Yeni Аzərbaycan Partiyasının yaranması və uğurlu fəaliyyəti hər birimizin qürur mənbəyidir. yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Qeyd olunub ki, ölkəmizin son illərdə əldə etdiyi uğurlar, yüksək naliyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır. Belə yüksək nəticələrin əldə olunması heç şübhəsiz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi Qələbə və ondan doğan regionda yarana reallıqlara sıx bağlıdır. Sonra çıxış edən AMEA Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov partiyanın yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. Ötən dövrlər ərzində görülən işlər barədə məlumat verib. Sonra “H.Cavid pr.115” ünvanında (AMEA Akademik H.Əliyev adına Coğrafiya İnstitutu) yerləşən ərazi partiya təşkilatında təşkilati məsələlərə baxılıb və yekdilliklə ərazi partiya təşkilatının sədri Zakir Eminov seçilib. Z.Eminov da öz növəsində göstərilən etimada görə minnətdarlığını və göstərilən etimada layiq olacağını bildirib.
Nəzakət