PDF Oxu

Siyasət

  • 2 012

“Azərbaycan sona qədər Türkiyənin yanında olacaq” MÜNASİBƏT

“Azərbaycan sona qədər Türkiyənin yanında olacaq” MÜNASİBƏT

“Türkiyədə baş vermiş dəhşətli zəlzələ son 100 ilin ən böyük təbii fəlakətidir. Zəlzələ Türkiyənin 10 vilayətində böyük dağıntılar etmiş, hələ ki, 30 minə yaxın insan ölmüş, 100 minə yaxın insan xəsarət almış, 13 milyona yaxın insanı isə evsiz qoymuşdur. Təəssüf ki, ölənlərin sayı hər gün artmaqdadır və sonda nə qədər insanın dağıntılar altından sağ çıxacağı məlum deyil”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirdi.

Onun sözlərinə görə, Azərbaycan zəlzələnin baş verdiyi ilk saatlarda Türkiyənin yanında oldu: “Prezidentimiz Türkiyənin Prezidentinə telefon zəngi etdi, başsağlığı verməklə birliyimizi nümayiş etdirdi. Türkiyədən soruşulmadan dərhal yardımların, xilasedicilərin göndərilməsinə başlandı. Dövlətimizin yardım kampaniyasına bütün Azərbaycan səfərbər olunaraq qoşuldu. İnsanlar kimin nəyə gücü çatırsa götürüb yardımların göndərilməsi üçün müəyyən olunmuş məntəqlərə axışmağa başladılar. Deyirlər dost və qardaş dar gündə tanınar. Bu gün dövlətimiz və xalqımız acınız acımız, kədəriniz kədərimiz deyərək bir millət olduğunu nümayiş etdirir. Təbii ki, Azərbaycan sona qədər Türkiyənin yanında olacaqdır. Həm xilasedici əməliyyatlarda, həm də yardımları davamlı şəkildə göndərməklə sona qədər dəstəyimiz ifadə ediləcəkdir. Bu, bir daha sübut etdi ki, Türkiyə Azərbaycan bir millət, iki dövlətdir”.

Gülyanə

Digər xəbərlər