PDF Oxu

Siyasət

  • 1 797

“İran müsəlman coğrafiyasında qondarılmış, anti-müsəlman, şər yuvasıdır” MÜNASİBƏT

“İran müsəlman coğrafiyasında qondarılmış, anti-müsəlman, şər yuvasıdır” MÜNASİBƏT

“İran adlanan “dövlət” özünü müsəlman dövləti adlandırsa da, əslində, müsəlman coğrafiyasında qondarılmış, anti-müsəlman, şər yuvasıdır”. Təkamül Partiyasının sədri Teyyub Qənioğlu "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, tarixi, əzəli və əbədi Azərbaycan torpaqlarında XX əsrin əvvəllərində türk düşmənlərinin birbaşa təhriki və yardımı ilə qondarılmış İran adlanan anti-türk, faşist xislətli “dövlət”in ölkəmizə qarşı açıq-aşkar düşmənçiliyi davam etməkdədir: “Ərazisində yerləşən hərbi obyektlərinin İsrail tərəfindən bombarduman edilməsinə qorxusundan cavab verə bilməyən, aciz duruma düşən bu “kağız pələng” ölkəmizə qarşı xoruzlanır, bizləri qorxutmaq üçün gah cırıq-sökük tankları ilə sərhədlərimizdə hərbi təlimlər keçir, Bakını vurmaqla hədələyir, Tehranda səfirliyimizə qarşı terror törədir, bunlar azmış kimi, indi də ermənilərin əli ilə (birbaşa özlərinin etmələrinə “duxları çatmır”) sərhədlərimizdə təxribatlar törətməyə cəhd edir, Türkiyədə baş vermiş zəlzələdən fürsət kimi istifadə etmək istəyir. Son zamanlar baş verən hadisələr göstərir ki, İran adlanan “dövlət” özünü müsəlman dövləti adlandırsa da, əslində müsəlman coğrafiyasında qondarılmış, anti-müsəlman, şər yuvasıdır. Atalar demişkən; “dostunu göstər, deyim sən kimsən”. İranın Ermənistan və Hindistan kimi müsəlman düşmənləri ilə canbir qəlb dost olduğu onun anti-müsəlman bir qurum olduğunu əyani sübut etmirmi? Azərbaycan qarşı açıq-aşkar sərgilədiyi dümənçilik, Xoyda baş verən zəlzələdə zərər çəkmiş azərbaycanlı-türk qardaş və bacılarımıza laqeyd münasibət bizlərə dərs olmalıdır! Biz, Azərbaycan olaraq, indiyədək İranın ölkəmizə qarşı hədyanlarına, əsası olmayan hədələrinə mehriban qonşuluq xətrinə cavab verməmişik. Artıq yetər, İranla onun dilində danışmağın vaxtı çoxdan çatıb və gec də olsa bu istiqamətdə addımlar atılır. Ancaq, hesab edirik ki, bu yetərli deyil”.

T.Qənioğlu onu da bildirdi ki, biz Cənublu qardaş və bacılarımızın azadlıq uğrunda vaxtaşırı baş verən çıxışlarına sistemli şəkildə dəstək verməliyik, onların təşkilatlanmasına, vahid mərkəzdən idarə olunmasına yardım göstərməliyik: “Lazım gəldikdə onlara maddi, maliyyə, hətta silahla yardım etməliyik. Azərbaycanımızın ərazisində, lap elə İranla sərhəd bölgələrində, müxalif İran təşkilatlarına yer verməli, onları hər cür ləvazimatlarla təchiz etməliyik. Bundan çəkinmək lazım deyil! Əlbəttə belə etsək İran üstümüzə hürəcək. Ancaq bu qədər! İran bilməmiş deyil ki, ölkəmizə qarşı hər hansı silahlı basqın onun sonu olacaq! Ayrılmış qardaşların birləşməsinin vaxtıdır! Yaşasın Şimallı-Cənublu vahid Azərbaycan!”

Gülyanə

Digər xəbərlər