PDF Oxu

Siyasət

  • 2 701

Şəhid Osman Bayramovun doğum günü qeyd olunub FOTOLAR

Şəhid Osman Bayramovun doğum günü qeyd olunub FOTOLAR

Fevral ayının 13-də YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Şəhid Bayramov Osman Zeyqəm oğlunun anadan olmasının 36-cı il dönümü münasibətilə ailəsini və kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər.

Tədbir zamanı şəhidin keçdiyi həyat yolundan danışılmış, dövlət başçısının şəhid ailələrinə, Qarabağ əlillərinə olan diqqət və qayğısı qeyd olunmuşdur. Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə təşşəkürlərini bildirmişlər.Şəhidimiz ailəli olub, iki övladı dövlətimizə və xalqımıza əmanətdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Şəhid Bayramov Osman Zeyqəm oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Rəfiqə

Digər xəbərlər