PDF Oxu

Siyasət

  • 2 181

“Aksiyanın tarixi əhəmiyyətli nəticəsi olacaq” MÜNASİBƏT

“Aksiyanın tarixi əhəmiyyətli nəticəsi olacaq” MÜNASİBƏT

“Şuşada, Laçın-Xankəndi yolunda artıq 65 gündür ki, davam edən eko-aksiya, hesab edirəm ki, ən yüksək səviyyədə əhəmiyyətli tədbir kimi tarixdə həmişə xatırlanacaq”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, QHT nümayəndələrinin və medianın təşəbbüsü ilə başlanan aksiya bu gün ümummilli aksiyaya çevrilib: “Asan könüllülərin fədakarcasına aksiyaya qoşulması onun yüksək coşqu ilə, qətiyyətlə tələblər yerinə yetirilənə kimi davam etməsinə səbəb oldu. Bu aksiyanın əleyhinə təbliğat quran Ermənistan və onları dəstəkləyən qüvvələrin fəaliyyəti, əslində, onların özlərinin zərərinə işlədi və antitəbliğat oldu. Ekologiya məsələsinin bütün dünyada prioritet siyasətlərdən biri olduğunu anlamayan qarşı tərəf hər vasitə ilə onu erməni xalqına qarşı yönəlmiş tədbir kimi təqdim etməyə çalışdı. Görünür, erməniləri idarə edən güclər söz vermişdilər ki, bu təbliğatda onlara hər cür dəstək verəcəklər. Amma aksiyaçıların heç bir beynəlxalq hüquq normalarından kənara çıxmamaları, bu baxımdan, dözüm və dəyanət nümayiş etdirmələri aksiyanın normal, dinc aksiya olduğuna dünyanı inandırmağa nail oldu. Bu baxımdan, aksiyanın bütün iştirakçılarını alqışlamağa dəyər. Hər gün həm Xankəndinə, həm də Xankəndidən Laçın istiqamətinə gedən sülhməramlılara, qırmızı xaç cəmiyyətinə məxsus onlarla avtomobilin sərbəst gediş-gəlişinə şərait yaradılması kifayət qədər səbir və təmkin tələb edir. Aksiya iştirakçıları bu səbri və təmkini özlərində tapdılar və düşmənə heç bir fürsət buraxmadılar. İnanıram ki, sonda qarşı tərəf eko-fəalların tələblərini qəbul etmək zorunda qalacaq ki, bu da aksiyanın tarixi əhəmiyyətli nəticəsi olacaq”.

Gülyanə

Digər xəbərlər