Siyasət

  • 1 405

"T.İsmayılov" ərazi partiya təşkilatında tədbir keçirilib - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “T.İsmayılov” ərazi partiya təşkilatında “Heydər Əiyev ili”nə həsr olunan “Təhsil millətin gələcəyidir” adlı tədbir keçirilib. SİA xəbər verir ki, ilk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatı “T.İsmayılov” ərazi partiya təşkilatının sədri Əlfiyyə Yusifova Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində prioritet sahə olan təhsilin inkişafı istiqamətində gördüyü işlərdən söz açıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Çıxış edən İmişli şəhər 7 saylı tam orta məktəbin direktoru Ramil Mehbalıyev qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirib və ona qayğı göstərib. O bildirib ki, Təhsil Azərbaycan dövləti üçün pirioritetdir.

Digər çıxış edənlər söz açıblar ki, Ümummilli lider Heydər Əliyev ölkənin və dövlətin hərtərəfli tərəqqisində millətin imzasının imzalar içində seçilməsində təhsilin rolunu həmişə yüksək dəyərləndirər və inkişafına qayğı göstərərdi.

Sonda “Təhsil millətin gələcəyidir” adlı videoçarx izlənilib, məktəblilər tərəfindən hazırlanan müxtəlif bədii kompozisiyalar nümayiş olunub.

Digər xəbərlər