Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının 9 nömrəli ərazi partiya təşkilatının fəalları və Şuşa rayon Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi Heydər Əliyev mərkəzini ziyarət ediblər. Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin həyat yolu və çoxşaxəli fəaliyyəti haqda məlumat verilib. Onlar, həmçinin Ulu Öndərin Xatirə Muzeyi ilə tanış olublar.
Qeyd edək ki, ekskursiya 2023 -cü il Heydər Əliyev ili münasibətilə təşkil edilib. Ulu Öndər dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ona görə də gənc nəsil dahi şəxsiyyətin irsini daha dərindən öyrənməli, yaradılan mükəmməl şəraitdən bəhrələnməli, göstərilən etimadı yüksək səviyyədə doğruldaraq ölkəmizin dinamik inkişafı prosesinə töhfə verməlidir.