PDF Oxu

Siyasət

  • 2 207

Qubada "Heydər Əliyev İli" çərçivəsində tədbir keçirilib FOTOLAR

Qubada "Heydər Əliyev İli" çərçivəsində tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı tərəfindən "Heydər Əliyev İli" çərçivəsində, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri, əbədiyaşar ideyaları, zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə rayonun tarixçi müəllimlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş Şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova Ümummilli lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyəti haqqında, eləcə də müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərindən danışıb. Tədbirdə çıxış edən tarixçilər Elxan Məmmədov, Əfşan Nərimanlı, Bariz Allahverdiyev və Anar Murtuzov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycan Respublikasının ictimai siyasi həyatına bəxş etdiyi dayanaqlı inkişaf yolu, eləcə də 44 günlük Vətən müharibəsində qazanılmış şanlı zəfərdən sonra aparılan genişmiqyaslı bərpa quruculuq işləri haqda məlumat veriblər. Vurğulanıb ki, bu gün Ümummilli Lider Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Bildirilib ki, qazanılan bütün nailiyyətlərin əsası Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər