Bütün dünyada son günlər gündəmdə olan Türkiyə və Suriyada olan zəlzələnin necə bir ağır fəsadlar verməyə davam etdiyinin şahidi oluruq. Bu təbii fəlakətin isə ən episentri və dağıdıcı gücü Türkiyə ərazisində olmuşdur. Təbii fəlakət nəticəsində yüz minlərlə insan evsiz eşiksiz qalmışdır. Cənab Ərdoğanın açıqladığı kimi bu günə 35 min şəxs həyatını itirmiş və on minlərlə yaralılar mövcuddur. Qeyd olunan rəqəmlər çox böyükdür və bunun artacağı güman edilməkdədir. Şəhid olanlar arasında bizimdə tələbə olan həmvətənlərimiz vardır. Allahdan hər birinə rəhmət diləyirik.
Türkiyənin bu çətin günündə qardaş Azərbaycan dövləti və xalqı həmrəylik nümunəsi sərgiləyərək ilk gündəncə öz dəstəyini və birliyini göstərərək daim onların yanında olduğunu sübut etmişdir. Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün zəlzələ olmuş bölgələrdə səylə çalışırlar. Bununla yanaşı mütamadi olaraq könüllülərdən ibarət qrupların gardaş Türkiyə xalqına kömək üçün hər gün yola düşməkdədir. Ölkəmizdə istər dövlət sektoru istər özəl sektoru həm maddi və həmçinində mənəvi dəstəklə Türkiyə xalqının yanında olduğunu bir daha əyani şəkildə sübut edir. Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması xüsusi vurğulanmışdır. Matəm kitabına ürək sözlərini yazması, səfirlə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olmasını xüsusi ilə vurğulamışdır. Yazıda Prezident İlham Əliyevin “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik” sözləri qeyd edilmişdir. Bu gün ölkə rəhbərinin tapşırığına əsasən xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi üçün bütün şərait hazırlanmışdır və hər zaman onları qarşılamaqa hazır olduğumuzu bəyan edirik. İkinci Qarabağ savaşı və eyni zamanda Türkiyədə olan zəlzələ biz iki qardaş ölkənin birliyinin əyani təzahürünü nümayiş etdirdi.
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı