PDF Oxu

Siyasət

  • 1 814

“Laçın yolundakı aksiyanın yaxın müddətdə bitəcəyini ehtimal etmirəm” MÜNASİBƏT

“Laçın yolundakı aksiyanın yaxın müddətdə bitəcəyini ehtimal etmirəm” MÜNASİBƏT

“Laçın-Şuşa-Xankəndi yolunda ekoloji sahədə fəaliyyət göstərən QHT nümayəndələri və ictimai fəallar təbii sərvətlərimizin qeyri-qanuni olaraq talanmasına qarşı öz haqlı etirazlarını bildirən aksiya artıq iki aydan çoxdur ki, davam etdirirlər”. Bunu “Səs” qəzetinə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert deyib ki, bu aksiyalar artıq müsbət nəticəsini verib: “Ən azından ərazilərimizə humanitar yüklərdən başqa heç nə daşınmır. O cümlədən, ərazilərimizin minalanmasına dair yeni faktlar, yeni minaların daşınmasına dair faktlara rast gəlmirik, silah, hərbi texnika daşınması da dayandırılıb. Odur ki, aksiyalar artıq müsbət nəticə verib. Lakin bu, o demək deyil ki, aksiyanın bütün məqsədlərinə nail olmuşuq, biz hələ də ərazilərimizdə talan edilən yataqlara nəzarətimizi, monitorinqimizi hələ də tətbiq edə bilmirik. Odur ki, Laçın-Şuşa-Xankəndi yolunda keçirilən bu aksiyanın yaxın müddətdə bitəcəyini də ehtimal etmirəm”.

Gülyanə

Digər xəbərlər