Abşeron rayonunda Vətən Müharibəsinin şəhidi Vətən Müharibəsinin qəhrəmanı Musibov Veysəl Yadulla oğlunun doğum günündə əziz xatirəsi yad olunub. Bununla əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Güc strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin Xırdalan şəhəri Şəhidlər Xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Musibov Veysəl Yadulla oğlu Prezident İlham Əliyevin sərəncamlarına əsasən Vətən Müharibəsi Qəhrəmanı" adı verilib və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.