YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilat əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi əsgər Quliyev Namiq Natiq oğlunun ailəsi ziyarət olunub.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində yağı düşmən üzərində şanlı Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Quliyev Namiq kimi qəhrəman oğullarımızın göstərdiyi şücaətin də 44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi Qələbədə rolu var. 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.Şəhidin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Quliyev Namiq Natiq oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nəzakət