PDF Oxu

Siyasət

  • 3 501

Ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib FOTOLAR

Ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib FOTOLAR

YAP Yasamal rayon təşkilatının “D.Bünyadzadə k. 113" ünvanında yerləşən (38 nömrəli tam orta məktəb) ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib. İclasda YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, 38 nömrəli tam orta məktəb direktoru Yaqut Əfəndiyeva və ərazi üzrə partiyanın üzvləri iştirak edib.38 nömrəli tam orta məktəb direktoru Yaqut Əfəndiyeva iclas iştirakçılarını salamlayaraq çıxış üçün sözü YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verib.Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi altında qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Öz hərbi və siyasi gücünü nümayiş etdirərək tarixi Qələbə qazanan Azərbaycan şərəfli tarixinin ən yadda qalan, şanlı və qürurlu dövrlərindən birini yaşayır. Çıxışının sonunda B.Nəbiyev iclas iştirakçılarını Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında aktiv olmağa çağırıb.Sonra “D.Bünyadzadə k. 113" ünvanında yerləşən (38 nömrəli tam orta məktəb) yerləşən ərazi partiya təşkilatında təşkilati məsələlərə baxılıb və yekdilliklə ərazi partiya təşkilatının sədri Yaqut Əfəndiyeva seçilib. Ə.Əfəndiyeva da öz növəsində göstərilən etimada görə minnətdarlığını bildirirərək göstərilən etimada layiq olacağını ifadə edib.İclasın sonunda “D.Bünyadzadə k. 113" ünvanında yerləşən (38 nömrəli tam orta məktəb) ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasına yeni üzv olan 15 nəfər əməkdaşa partiya vəsiqələri təqdim olunub və onlara gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulanıb.

Nəzakət

Digər xəbərlər