PDF Oxu

Siyasət

  • 2 381

"Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu" FOTOLAR

image

"Heydər Əliyev İli" çərçivəsində Nəsimi rayonunda "Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu" adlı konfrans keçirilib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə dahi liderin həyatının, siyasi fəaliyyətinin, irsinin dərindən öyrənilməsi, təbliği məqsədilə "5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi" ADPU-nun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində "Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu" adlı konfrans təşkil edib. Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi və vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Daha sonra tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Dərnək üzvləri "Azərbaycanın inkişafında Heydər Əliyevin rolu", "Sən qəlblərdə yaşayacaqsan" adlı kompozisiyalarla çıxışlar ediblər.
Tədbirdə Mərkəzin xalq calğı alətləri ansamblının ifasında "Xalq Heydər söyləyəcək" mahnısı, "Qarabaq şikəstəsi" və xalq rəqsləri, "Azərbaycan","Vətən", "Bahar" süitaları ifa olunub.Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və "5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" publik hüquqi şəxsin direktoru Elza Orucova "Heydər Əliyev İli" ilə bağlı çıxış edərək əlamətdar ilin tarixi önəmindən bəhs ediblər.Tədbirdə həmçinin, Elm və Təhsil Nazirliyinin, Nəsimi, Nərimanov, Suraxanı rayon icra hakimiyyətinin əməkdaşları qonaq qismində iştirak ediblər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər