PDF Oxu

Siyasət

  • 2 525

HARDASIZ?!.. ŞEİR

HARDASIZ?!.. ŞEİR

(rekviyem)

Türkiyədəki zəlzələ şəhidlərinə...

Eheeeyyy... Eheeeyyy...

Hardasan, oğlum?..

Eheeeyyy...

Hardasan, qızım?..

Hardasız?...

Hardasan, qızım?..

Mənim daşlar altında qalan yalqızım?..

Məni duyurmusunuz?...

Hardasız?..

Yıxıldı evim, yuvam...

Niyə eşidilmir duam?..

Bu on gündə

Ölüm istədim Allahdan,

Gəlmədi o da...

Tək qalmışam kədərimlə

mən sonda...

Hardasan, ay oğul?..

Evimin dirəyi oğul...

Ey Yer, ey goy,

Gəl mənə qoşul,

sən də ağla...

Yeri göyü sular aldı,

Allahım,

O göyün üzünü bağla...

Hardasan, ay qızım?..

Mən indi bu daşları

necə yığım, necə qazım?..

Ey mənim yavru gözlü,

Xoş simalı gözəl qızım...

Bilsəz sizsiz necə

Köməksizəm, yalqızam...

Bir ölüm ver mənə, Allahım...

Yandırdı yeri, göyü

Naləm, ahım...

Allahım..

Öldür məni,

Onların cansız bədənini görməyim...

Öz əlimlə yavrularımı

Buz torpağa gömməyim...

Hardasan, oğul?..

Hardasan,qızım?..

Mən çarəsizəm,

Mən gücsüzəm...

Bu halımı kimə deyim,

Kimə yazım?..

Al canımı, Allahim,

Daha dözüm qalmadı...

Sözün bitdiyi yerdir,

Daha sözüm qalmadı...

Qızım... Oğlum...

Har...da...sı......z?!..

AZƏR SALEH

17. 02. 2023-cü il

Digər xəbərlər