PDF Oxu

Siyasət

  • 4 733

Azərbaycan Münhendə növbəti diplomatik qələbə qazandı - DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan Münhendə növbəti diplomatik qələbə qazandı - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan daha bir uğura imza atdı. Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın da bir hissəsi olduğu Cənubi Qafqazdakı problemlərin və gələcək perspektivlərin müzakirə olunduğu önəmli beynəlxalq platformadır. Münhen Təhlükəsizlik Konfransının da əsas məqsədi müxtəlif təşkilat və mütəxəssislər arasında davamlı dialoq mühiti yaratmaqla etimadı təmin etmək və regional problemlərin həllinə töhfə verməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin konfransda iştirakı və burada keçirdiyi görüşlər dövlətimizin başçısının yüksək nüfuzundan xəbər verir. Azərbaycan Münxen Təhlükəsizlik Konfransında növbəti diplomatik uğurunu əldə etdi”. Bunu “Səs” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirakı, məzmunlu çıxışı Azərbaycanın Avropa nə qədər əhəmiyyətli olduğunu göstərdi. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan Prezident İlham Əliyev qeyd etdi ki, 2022-ci ildə Azərbaycanın qaz təchizatının artırılması indiki həssas məqamda Avropanın enerji təhlükəsizliyinə verilən ən böyük dəstək idi. Perspektiv hədəflərdən biri isə Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident əlavə etdi ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur”.

A.Hüseynov digər vacib məqamlarından birinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasın olduğunu qeyd edib: “Prezidentimiz bunu tarixi görüş adlandırdı. Cənubi Qafqazın üç ölkəsinin lideri ilk dəfə idi ki, bir tədbirin tribunasını bölüşürdülər. Dövlətimizin başçısı Vətən müharibəsindən sonrakı vəziyyətə diqqəti yönəltməklə yanaşı, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin məhsuldar sonluqla yekunlaşması üçün böyük və gərgin işlərin görüldüyünü bildirib. Prezidentimiz hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını tələb edib. Azərbaycanın “Dağlıq Qarabağ” yox, Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi. 2020-ci ilin fevral ayında olduğu kimi, bu dəfə də Münhendə Ermənistan lideri Nikol Paşinyan İlham Əliyevin arqumentləri qarşısında aciz duruma düşdü. Faktlar qarşısında erməni tərəfinin susmaqdan başqa çarəsi qalmadı, Paşinyanın gətirdiyi “arqumentlər” isə boş söz yığınından, tarixdən gətirilən misallardan başqa bir şey deyildi. Dövlət başçımız beynəlxalq hüququn norma və prinsiplərindən danışaraq torpaqlarımızı BMT Nizamnaməsinin 51-ci fəslinə əsasən azad etdiyimizi deyərkən Ermənistanın baş naziri mövzunu dəyişməyə, sələflərinin yolu ilə gedərək diskussiyadan yayınmağa can atırdı. Çünki haqsız tərəfdir, üzərində işğalçı damğası gəzdirir”.

Digər xəbərlər