PDF Oxu

Siyasət

  • 2 145

Xocalı soyqırımı - xalqımızın unutmayacağı faciə ŞƏRH

Xocalı soyqırımı - xalqımızın unutmayacağı faciə ŞƏRH

Xocalı faciəsi heç zaman unudulmayacaq, yaddan çıxmayacaq. Çox acıdır ki, dünya birliyi, beynəlxalq təşkilatlar bu vəhşiliyə hələ də lazımınca qiymət verməyiblər və susmaqda davam edirlər. Bu qətliamı törədənlərin cəzalandırılmaması növbəti faciələrə yol açır. Xocalı faciəsi insanlığa, bəşəriyyətə qarşı yönələn ən qəddar aktlardan biridir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri yerlə-yeksan edib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçiriblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir. XX əsrin sonunda törədilmiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Soyqırımı faktlarının və erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi rol oynayıb. Təəssüflər olsun ki, mənfur düşmən törətdikləri bu amansız cinayət əməllərindən nəticə çıxarmadı. Əksinə, 2020-ci ildə döyüş meydanında məğlubiyyətə uğradıqlarını görərək Xocalı soyqırımının davamı kimi, Gəncəni, Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi raket atəşinə tutaraq növbəti terror aktı törətdilər.
Hazırda biz tariximizə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsindəyik. Prezident İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımının ildönümü genişmiqyaslı tədbirlərlə qeyd edilir. Vətən uğrunda müharibəmizin 44 günü həqiqət anı kimi bütün qaranlıq məqamlara işıq saldı. Hazırda Qarabağda, işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və bərpa işləri aparılır. İşğaldan azad edilmiş ərazilərimizi ziyarət edən, erməni silahlı qüvvələrinin törətdikləri cinayətlərdən dəhşətə gələn beynəlxalq təşkilatların nümayəndələri və digər xarici qonaqlar Qarabağ torpaqlarında heç yerdə görmədikləri faciənin, vandalizmin şahidi olduqlarını etiraf edirlər.

Könül İbrahimova

YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə

əAnchorrazi partiya təşkilatının sədri

Digər xəbərlər