PDF Oxu

Siyasət

  • 3 683

Münxendə Dəmir Yumruqdan diplomatik nokaut ŞƏRH

Münxendə Dəmir Yumruqdan diplomatik nokaut ŞƏRH

Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Vitse-prezident Mehriban xanım Əliyevanın növbəti, xarici siyasət və müdafiə məsələləri üzrə ən böyük və mötəbər forumlardan birində - Münxen Təhlükəsizlik Konfransıda iştirak etmələri qürur və heyranlıq doğurur.

Ənənəvi olaraq konfransda Avropa ölkələrinin və ABŞ-ın liderləri iştirak edirlər. Bu il Vaşinqtonu vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinken, Avropa İttifaqını - regionun aparıcı iqtisadiyyatlarının liderləri, Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron və başqaları təmsil ediblər. Bu konfransında Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan və ya keçmiş 11 ölkədən Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna iştirak edib. Ukraynadakı hərbi əməliyyatlar və onların dünya nizamına necə təsir etməsi, forumun əsas mövzusuna çevrilsə də, sessiyalarda digər regional məsələlər, o cümlədən Cənubi Qafqazdakı problemlər müzakirə olunub.

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan uzun illərdir ki, müxtəlif beynəlxalq platformalarda təkcə iştirakçı kimi deyil, həm də sədr kimi səmərəli fəaliyyət göstərir. Bu səmərəliliyin əsasında, əlbəttə ki, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatik keyfiyyətləri dayanır. Ümumilikdə istənilən platformada danışıqların nəticəsinə təsir edən bir çox amillər var.

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda, cənab İlham Əliyev mühüm tezislər və mesajları ilə dünya ictimayyətinin cəlb elədi.

Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda ilk dəqiqələlərdən, Azərbaycan Respublikasını Prezidenti cənab İlham Əliyevin, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın ilk dəfə bu formatda iştiraklarına “Tarixi Görüş” olduğunu təəcüb və şübhə ilə qarşılanması, siyasi səhv kimi qarşılana bilər. Cənubi Qafqaz ölkərinin Rusiya-Ukrayna konfliktinin ətrafında müzakirə təklifi bir tərəfdən normal qarşılansa da, digər tərəfdən bu regionda vəziyyətin nə qədər ciddi olmasından, məhz bu regiondakı siyasi və iqtisadi sabitliyinin ətraf ölkələrə və ümumilikdə Avrasiya qitəsinə nə qədər ciddi təsirə malikliyindən xəbərsiz olduğunu gösrərir. Amma buna baxamayaraq, ilk çıxışçı qismində olan, cənab İlham Əliyev bu sözü gedən münaqişənin Azərbaycana necə təsir etməsi sualına, kifayyət qədər obyektiv cavab verərək, Azərbaycanın kimdənsə və nədənsə asılılığın olmadığını, Azərbaycanın geosiyasyi məkan baxımından əhəmiyyətini, regionda sülhün bərqərar olmaq niyyətini, bu istiqamətə müəyyən dinamikanın olması və qarşı tərəfin bu məsələyə daha ciddi yanaşmağa çağrışını öz çıxışında bildirdi. Ermənistanın baş naziri Paşinyan, siyasi roluna xas olan, qeyri-müəyyən cavabları ilə, özünü tamamilə başqasının iradəsindən asılı vəziyyətdə olduğunu bir daha sübut etdi. Bir tərəfdən bu görüşü “Tarixi Görüş” adlandıraq, digər tərəfdən isə Beynalxalq ictimayyətin diqqətinin Ukraynaya yönəlməsindən narahat olan Paşınyan, özünü sanki “yiyəsiz” hiss edir. Amma buna baxmayaraq, Paşınyanın ilk cavabında, müəyyən dərəcədə yumşaqlıq hiss olunurdu. Moderatorun Laçın yolunda baş verən proseslərdən narahat edici mövqeyi, sanki Paşınynın istiqamətini dəyişdi, ona stimul verdi. Elə təəsürat yaranırdı ki, Kristof Heusgenin sanki Paşınyanın moderatorudur. Əlbəttə ki, Münxen Təhlükəsizlik Konfransınnda ikili standartlardan istifadə yolverilməzdir. Ali Baş Komandan, cənab İlham Əliyev bu vəziyyətdə də qarşı tərəfiin provakasiyasına layiqincə cavab verdi. Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarla ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyanla, fevralın 18-də təşkil edilmiş üçtərəfli görüşdən aydın oldu ki, regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını hamı üçün əlverişlidir. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. O cümlədən, Ali Baş Komandan diplomatik müstəvidə siyasi yumruğunu göstərərək qeyd etdi ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edin. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu, iki istiqamətli həll faktiki olaraq, bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi, daxili məsələlərimizdən ayırır.

Prezidentimizin apardığı danışıqlarda, yüksək səviyyədə diplomatik soyuqqanlılıq hiss olunurdu ki, bu da Makronun simasında, bəzi “siyasi sülhməramlılar”a qarşı layiqli tarazlıq yaradıb. Liderimizin səriştəli və praqmatik çıxışları, harda olduğunu, nə baş verdiyini dərk etməyən baş nazir Paşinyanı da, özünü xüsusi sülhlə fərqləndirməyən böyük “bacısını” da kölgədə qoydu. Bundan başqa, Fransa liderinin bəyanatlarının məqsədi, hərbi-siyasi münaqişələrin həlli yollarını tapmaq deyil, əksinə daha da stimullaşdırmaqdır. Bu da öz növbəsində, Münxen Təhlükəsizlik Konfransının keçirilməsi prinsiplərinə uyğun gəlmir. Ermənistandakı revanşist əhval-ruhiyyəni açıq şəkildə dəstəkləyən Makron, regionda sabitliyin pozulmasını dəstəkləyir, dünya ictimaiyyətini çaşdırmağa çalışır. Bu cür antisülh əhval-ruhiyyəni dəstəkləyən dünya səviyyəli siyasətçilər, Azərbaycanın və şəxsən cənab İlham Əliyevin, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə düşünməlidirlər.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər