PDF Oxu

Siyasət

  • 1 976

“Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması", yaxud... - ŞƏRH

“Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması", yaxud... - ŞƏRH

Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı və gələcək vəziyyəti

Almaniyanın Münxen şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransında Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etmişlər. Belə ki, Almaniyanın Münxen şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransı dünya mediasının əsas müzakirə mövzusuna çevrilmişdir. Xüsusən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz çıxışında Azərbaycan həqiqətlərini dünyaya çatdırması, Cənubi Qafqazda sülh və təhlükəsizliyin qorunması regionda vacib amil hesab etmişdir. Həmçinin bu görüşdə Azərbaycanın Avropa İttifaqı üçün etibarlı və təhlükəsiz enerji tərəfdaşı olduğu xüsusi vurğulanıb. Görüşdə həmçinin Rus-Ukrayna müharibəsinə münasibətlər də bildirilmişdir. Həmçinin qardaş ölkə Türkiyədə baş verən dəhşətli fəlakətdən söz açılmışdır. Bu tarixi görüşdə Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev ərazilərimizin 30 illik erməni əsarətindən də söhbət açmışdır.

Ermənistanın baş naziri Nikol Paşinyanin Laçın dəhlizi blokadası məsələsinə cənab Prezident İlham Əliyev tutarlı faktlarla cavab vermişdir. Əvvəlcə Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati vahidin olmadığını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Daha sonra erməni yalanını ifşa edərək, Laçın dəhlizi vasitəsi ilə 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobillərinin keçdiyini misal göstərmişdir.

Prezident İlham Əliyev bildirmişdir ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Halbuki, Azərbaycan hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına çağırış edirdi. Azərbaycan Minsk qrupunun nəticə əldə etməsini gözləyir, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinin icrasını təmin edəcəyini gözləyirdi. Ermənistan isə, vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını da qane edirdi. Azərbaycan Qarabağ münaqişəsini hərbi yolla həll etməsəydi, bu sülh danışıqları daha 28 il davam edə bilərdi. Artıq dünyada formalaşmış ümumi fikir də münaqişə dondurulmuş vəziyyətdə olduğunu təsdiq edirdi. Buna görə də Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsi ilə ona verilən hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli oldu.

Prezident İlham Əliyev, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı və gələcək vəziyyətinə də aydınlıq gətirdi. Bildirdi ki, Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri yaradılmalıdır.

Sonda konfransın sədri Kristof Heusgen Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürü ilə tədbir yekunlaşmışdır.

Tərlan Qurbanəli oğlu İslamov,

Masallı rayonu Ərkivan qəsəbə C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi.

Digər xəbərlər