PDF Oxu

Siyasət

  • 1 793

Azərbaycan sülh tərəfdarıdır ŞƏRH

Azərbaycan sülh tərəfdarıdır ŞƏRH

Müxtəlif qlobal problemlərin həll olunmasındadaim bir-birinə zidd mövqe tutan həmsədr ölkələr, maraqlıdır ki, Qarabağ məsələsində eyni mövqedən çıxış edirdi. Bu mövqe Azərbaycanı işğalın nəticələri ilə barışmağa, Azərbaycan xalqının iradəsini sındırmağa və Dağlıq Qarabağda, ətraf 7 rayon daxil olmaqla, ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər. Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Bunun əksinə olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdur”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti və regiona səfərləri əsasən formal xarakteri daşıyırdı. Azərbaycanda da Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri var idi. Azərbaycan Prezidenti diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində bu planları da pozmağa nail oldu. Azərbaycanda Xalq-Hakimiyyət vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi. Baş vermiş bütün bu proseslər Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qətiyyət nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərini mətinliklə dəf etdiyini bizə göstərdi.

Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh səviyyəsinin yuxarı olması nəticəsində reallaşdı.

Qarabağa heç bir status verilmir. Bunu müharibədən əvvəl də Azərbaycan tərəfi onu parçalamağa çalışan xarici qüvvələrə və təbii ki işğalçı Ermənistana sübut etməyə çalışırdı. Təbii ki, müharibədən sonra Dövlət başçısı bu sahədə ciddi islahatlar həyata keçirdi. Prezident İlham Əliyev bildirdi ki, "Dağlıq Qarabağ” ifadəsi yoxdur.

Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti artıq Azərbaycanın bütün sərhədlərinin keşiyini çəkir. Ermənistan özünün məğlub və dağılmış silahlı qüvvələrinin qalıqlarını çıxarmaq öhdəliyini götürdüyünə görə sülhməramlı qüvvələrin vəzifəsi oradakı mülki ermənilər və Azərbaycan silahlı qüvvələri arasındakı hər hansı insidentin qarşısını almaqdır.

18 fevral tarixində Prezident İlham Əliyev, Nikol Paşinyan və İrakli Qaribaşvili Münhen Təhlükəsizlik Konfransında iştirak etdilər. Görüşdə baş nazir Paşinyan məsələnin dini tərəfini, insan haqlarını, xüsusən də Qarabağ ermənilərin hüquqlarını dilə gətirərək Avropada özünə dəstək qazanmağa çalışsa da bunun cavabını Azərbaycan tərəfindən dəfələrlə alıb. Ermənilər Azərbaycan Konstitusiyasına uyğun vətəndaşlığı qəbul edərlərsə, qanunverici və digər orqanlarda təmsilçilikləri onların hüquqlarıdır. Yerli idarəetmə orqanlarında da fəaliyyət göstərmələrinə heç bir problem olmayacaq. Yəni onların bütün hüquqları təmin ediləcək. Prezident İlham Əliyev bunu dəfələrlə ən yüksək səviyyədə səsləndirib. Vətəndaşlığımızı qəbul etmirlərsə Azərbaycanı tərk edə bilərlər.

Sülh sazişinin imzalanması yaxın vaxtlarda baş tutmaya bilər. Bunu erməni tərəfinin məsələyə qeyri-ciddi yanaşmasından və baş nazir Paşinyanın anormal bəyənatlarından anlamaq olar. Nəzərə almaq lazımdır ki, böyük Sülh sazişinin imzalanması o deməkdir ki, Ermənistanla Azərbaycan, eyni zamanda Türkiyə arasında mübahisəli məsələləri, tarixi ədavəti tam aradan qaldırılır. Bu isə, bəzi qlobal güclərin və dünyanın bir çox yerində fəaliyyət göstərən erməni lobisinin maraqları ilə ziddiyət təşkil edir. Buna misal olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçirdiyi 3 görüşdə əldə olunan razılaşmaların icrasında erməni tərəfinin problemlər yaratdığını görürük. Təbii ki, Münhen görüşündəki təkliflərlə paralel olaraq Rusiyanı da yaddan cıxarmamalıyıq. Moskvada da müəyyən qüvvələr var ki, regionda sülhün Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilməsini istəmirlər. Çünki bu güclər bir-birlərini inkar edirlər. Avropa İttifaqının daxilində də Cənubi Qafqazla bağlı fərqli fikirlər var, prosesin nizamlanmasını istəməyənlər mövcuddur. Yenə də, bir çox hallarda bir-birilərinə zidd, hətta düşmən qüvvələr belə, erməni məsələsində ortaq məxrəcə gəlirlər.

Bu baxımdan anlamalıyıq ki, yaranan bütün problemləri uğurlu siyasət, Xalq-Hakimiyyət birliyi sayəsində həll edə bilərik. Necə ki, biz bunu 44 günlük müharibədə göstərdik. Azərbaycan özünü həm hərbi, həm siyasi-diplomatik, həm də iqtisadi sahədə təsdiq edib. Əvvəllər Qarabağ problemi, erməni “mifi” vardı. Ermənistan ordusu haqqında uydurulmuş “müasir ordu”, “məğlubedilməz” və s. ifadələr səsləndirilirdi. Vətən müharibəsi bütün stereotipləri darmadağın etdi. Gücümüzü əməldə göstərdik, Ermənistan ordusunu diz çökdürdük. Sübut etdik ki, Azərbaycan qüdrətli dövlətdir, ordumuzun maddi texniki bazası, döyüş qabiliyyəti NATO standartlarına cavab verir. Bundan sonra da təhdid yaranarsa, cavab verə bilərik.

Zahid Cəfərov

YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər