PDF Oxu

Siyasət

  • 2 252

Münxen konfransındakı tarixi çıxış Prezident İlham Əliyevin böyük uğuru idi ŞƏRH

Münxen konfransındakı tarixi çıxış Prezident İlham Əliyevin böyük uğuru idi ŞƏRH

18 fevral 2023-cü il tarixdə Munxendə Təhlükəsizlik konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib. Plenar iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Həmçinin iclasda Gürcüstanın baş naziri İrakili Qaribaşvili və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edirdilər. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Hensgen iclasa sədrlik edirdi. Tədbirdə Azərbaycan Prezidenti bu görüşün tarixi görüş olduğunu söylədi. Bu görüş nəinki Nikol Paşinyanın, ümumiyyətlə, erməni diplomatiyasının növbəti uğursuzluğu ilə yadda qaldı. Nikol Paşniyanın heç bir əsası olmayan sərsəm cavablarını Ermənistandan olan politoloqlar belə pislədilər. Ermənistan baş naziri özü müstəqil qərar verə bilmir. Ermənilərə xas olan xislətlə hər dəfə bir ölkənin ətəyindən yapışır. İndi də Fransanın ətəyidən yapışıblar.

Verilən suallara Nikol Paşinyan yazıq paltarında, havadarlarının təsiri ilə ikiüzlü cavablar verirdi. O, konkret və sadə suallardan yayınaraq Qarabağda humanitar böhranın baş verməsi, Laçın dəhlizinin 70 gündür bağlı olması, uşaqlarla dolu avtobusa maskalıların təzyiq etməsi, qaz təchizatının kəsilməsi kimi yalanları ilə bir daha öz səhv versiyasını ortaya qoydu.
Prezident İlham Əliyev isə cavabında regionda vəziyyətə yanaşmanın iki istiqaməti olduğunu söylədi. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikinci isə Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur, əslində, bu, rus sözüdür. Azərbaycanda belə inzibati vahid yoxdur. Bu termin Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətsizlikdir. Azərbaycan çoxmillətli ölkədir. Biz bütün millətlərə hörmətlə yanaşırıq. Eyni zamanda, Qarabağ rayonunda yaşayan ermənilərlə də. Onların hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparmağa hazırıq.Yol açıqdır. Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq.
Hazırkı vəziyyəti qiymətləndirən cənab Prezident bildirdi ki, 30 il ərzində torpaqlarımız Ermənistan işğalında olub. BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etsə də, heç birinə əməl olunmayıb və bu illər ərzində işğalçı Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz ərazi bütovlüyümüzü ləyaqətimizi, ədaləti bərpa etmək üçün 3000 can verdik. İşğaldan azad edilmiş torpaqlarımızın xarabazalığa çevrildiyini gördük Məscidlərimizi dağıdılmış, təhqir edilmiş gördük.
2020-ci il noyabr tarixli üçtərəfli bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevin dərin zəkası, yüksək diplomatik bacarığı qarşısında təkrar aciz qalaraq yenə də sərsəm fikirlərlə çıxış etdi. Gah sovet dövrünə qayıtdı, gah özlərinin qisas və nifrət siyasətini Azərbaycanın üstünə atmağa çalışdı.
Münxen konfransı Azərbaycan diplomatiyasının, cənab Prezident İlham Əliyevin böyük uğuru idi. Ermənistan diplomatiyası isə, ermənilərin özlərinin etiraf etdiyi kimi, Paşinyanın növbəti uğursuzluğu idi.

Cavid Mustafayev,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini

Digər xəbərlər