2023-ci ilin 22 fevral tarixində Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının 9 nömrəli ərazi partiya təşkilatının sədri Cəmilə Əhmədova və üzvləri Xocalıdan olan ailəni ziyarət ediblər. Görüş zamanı Xocalı soyqırımının canlı şahidləri bəşər tarixində misli görünməmiş amansızlıqların baş verdiyi həmin qətliam gecəsindən, dinc, günahsız və əliyalın insanların başına gətirilən müsibətlərdən və qanlı cinayətlərdən danışıblar. İllər ötsə də, insanlıq əleyhinə olan bu dəhşətli hadisələrin heç zaman unudulmayacağını və soyqırım qurbanlarının əziz xatirəsinin daim böyük rəhmət və ehtiramla yad ediləcəyini bildirən Xocalı sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.