PDF Oxu

Siyasət

  • 2 160

Azərbaycan haqqın, ədalətin tərəfdarıdır ŞƏRH

Azərbaycan haqqın, ədalətin tərəfdarıdır ŞƏRH

Münxen Təhlükəsizlik Konfransı dövlətlərin təhlükəsizliyinə qarşı atılan addımların qarşısının alınması istiqamətində görülən işlərin müzakirəsi, hərbi, siyasi, hətta iqtisadi məsələlərin həlli istiqamətində görüşlərin keçirilməsi üçün yüksək səviyyəli platformadır. Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması və konfrans çərçivəsində müxtəlif tədbirlərdə iştirakı, önəmli görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir.

Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransının əsas proqramı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması"adlı plenar iclasda debat formasında geniş və məntiqli çıxışında tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi.

Ölkə rəhbəri onu da qeyd etdi ki, Azərbaycan iki il əvvəl torpaqlarının 30 illik işgalına son qoyaraq tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bununla yanaşı, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. 30 illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadir. İşğal nəticəsində Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Biz müharibələrin nə dərəcədə dağıntılar və əziyyət gətirdiyini bilirik. Buna gorə də hamıdan çox sülhün bərqərar olmasını istəyirik. Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə Azərbaycan və Ermənistan arasında 30 il davam etmiş toqquşmadan sonra qarşılıqlı ədavət və düşmənçiliyə son qoyulmalıdır.

Beynəlxalq təşkilatların fəaliyyətsizliyinə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, torpaqlarımızın 20%-i 30 il ərzində Ermənistann işğalı altında olub. Ermənistan beynəlxalq hüquq normalarını pozub, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyib. Bunun üçün dünya müstəvisində əlaqədar qurumlar tərəfindən onlara qarşı heç bir sanksiya tətbiq olunmadı. Təəssüf ki, bu ədalətsizliyi biz 3000-dən çox insan həyatını qurban verərək xalq, rəhbər, ordu birliyinin gücü ilə aradan qaldırmalı olduq. Artıq müharibənin nəticələri və Azərbaycanın yaratdığı yeni reallıq beynəlxalq ictimaiyyət tərəfindın qəbul olunub. Bütün dünya gördü ki, Azərbaycan ədaləti güc vasitəsi ilə bərpa etməyə məcbur oldu. Bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasi kurs haqq, ədalət, eləcə də, beynəlxalq humanitar hüququn təməl prinsiplərinə əsaslandığı üçün dünya ictimaiyyətinin demokratik təbəqəsi tərəfindən qəbul edilməsi danılmaz həqiqətdir.

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər