PDF Oxu

Siyasət

  • 4 215

Xocalı faciəsi beynəlxalq cinayətdir ŞƏRH

Xocalı faciəsi beynəlxalq cinayətdir ŞƏRH

Ermənistan beynəlxalq cinayət hüququnun normalarına əsasən hüquq pozuntularına görə dövlət kimi məsuliyyət daşımaqla yanaşı, o cümlədən Xocalıda törədilmiş qətliamlar beynəlxalq cinayət hesab olunur və bu əməlləri törətmiş cinayətkarlar və onların iştirakçıları və yardımçıları fərdi olaraq məsuliyyət daşıyır.Xocalı faciəsindən 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun köməyi ilə Azərbaycan Respublikasının Xocalı şəhərini təcavüz edərək yer üzündən silməyə çalışan ermənilər şəhərin sakinlərinə qarşı terror həyata keçirtdilər.Azərbaycanlılara qarşı törədilən soyqırım nəticəsində ermənilər 613 nəfəri, o cümlədən 106 qadını və 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirdilər. Bu faicədə 1275 nəfər əsir aparıldı, 150 nəfər itkin düşdü.

Azərbaycan 1988-ci ildən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda və ətrafındakı digər işğal olunmuş ərazilərdə, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi, şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrindəki maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar ayrı-ayrı cinayət işləri açaraq istintaq aparırlar. Xocalıda törədilmiş ağır cinayətlərə hüquqi qiymətin verilməsi, həmin cinayətlərin törədilməsində birbaşa iştirak etmiş erməni vandallarının mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normaların kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsadətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. Xocalı soyqırımında aparılan istintaqlar zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1771 şahid və 2699 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib və digər istintaq hərəkətləri icra edilib. Aparılan istintaqla Xocalıya hücum edən hərbi qulluqçuların və digər şəxslərin soyqırımda iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırım, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaq və digər cinayətlərə görə nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb. Ümumiliklə talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub. 366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmişdir. Xocalıda törədilmiş qətliam beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrar olmaması üçün əsas mühüm şərtdir. Ermənistanın Azərbaycana qarşı törədilmiş bütün hüquqi-siyasi pozuntuları beynəlxalq hüquqa görə həm dövlət, həm də fərdi şəkildə ciddi məsuliyyət cəlb edilməlidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər