PDF Oxu

Siyasət

  • 2 580

“Paşinyan Vardanyanın Xankəndidən uzaqlaşdırılmasında maraqlıdır” MÜNASİBƏT

“Paşinyan Vardanyanın Xankəndidən uzaqlaşdırılmasında maraqlıdır” MÜNASİBƏT

“Rəsmi İrəvanın mövqeyindəki dəyişiklik istisna deyil ki, onun Bakıya sülh müqaviləsi mətni ilə bağlı göndərdiyi təkliflərdir. Burada üst-üstə düşən məqamlar var. Ən əsası isə, Ermənistan iqtidarının Qarabağın ərazi baxımından Azərbaycana bağlılığı amilini etiraf etməsidir”. Bu fikirləri “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Paşinyan problemin onun üçün sələfləri tərəfindən ağır miras olduğunun mahiyyətinə varmaqdadır: “Sadəcə, onun öz iqtidarı üçün az ağrılı kontekstdə həllinə çalışır. Qarabağın Ermənistan üçün Rusiya tərəfindən təsir vasitəsi olduğunun mahiyyətinə varan Paşinyan Vardanyanın Xankəndidən uzaqlaşdırılmasında maraqlıdır. Onun xarici işlər naziri Ararat Mirzoyanın bu günlərdə Ankarada Çavuşoğlu ilə apardığı danışıqlarda Türkiyə tərəfini bu məsələnin həll olunmasına çağırması ehtimalı var. Ehtimal ki, bu, rəsmi Moskva ilə pərdəarxası danışıqlarda əldə edilmiş razılığın göstəricisidir. Maraqlıdır ki, bu məsələdə Ermənistanın Azərbaycanla maraqları üst-üstə düşür. Belə ki, Vardanyan Qarabağdan uzaqlaşdırılacağı halda rəsmi Bakı Qarabağla danışıqlara getməyə hazır olduğunu bəyan edib. Çox güman ki, bu, Avropa İttifaqı tərəfindən Azərbaycana vəd edilmiş hansısa təkliflərin müqabilində bəyan edilib. Bu, Azərbaycanın mövqeyində bir yenilikdir. Hərçənd, Qarabağ ermənilərinin təhlükəsizliyi, təminatı ilə bağlı məsələlərin rəsmi Bakı əvvəlki tək onun yurisdiksiyasında qalacağını vəd edir. Ermənistan müqavilənin mətninə bu məsələnin əlavə edilməsinin əleyhinədir”.

E.Manafov Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunarkən bildirdi ki, burada Ermənistanın mövqeyi qeyri-müəyyən olaraq qalır: “O hələ də Moskva razılaşmasının mətnində Zəngəzur ifadəsinin olmamasından çıxış edərək, məhz bu istiqamətdə dəhlizin açılmasından imtina edir. Alternativ dəhlizlər təklifi ilə çıxış edir. Ehtimal ki, bu məsələdə Paşinyan Qərb və müəyyən mənada İrandan olan təzyiqlərdən ehtiyat edir. Çünki dəhlizin açılması bütün hallarda Rusiyanın xeyrinədir. Bu halda dəhliz ərazisindən keçən dəmiryol xətləri ilə Ermənistan iqtisadiyyatı Rusiya ilə daha sıx bağlanacaq. Üstəlik, Moskva razılaşmasının şərtlərinə görə, dəhlizə onsuz da Rusiya sərhədçiləri nəzarət etməlidir. Bu isə Qərbi və onun Ermənistandakı təmsilçisi Paşinyanı qane etmir. Üstəlik, İran dəhlizin onun Ermənistanla sərhədlərində dəyişiklik edə biləcəyi ilə bağlı mövqelərdən çıxış edərək Paşinyana "möhkəm durmağı" tövsiyə edir. Nəhayət, dəhlizlərlə bağlı beynəlxalq təcrübədə "acı xatirələr" də var. Danışıq dəhlizi kimi. Bütün hallarda, rəsmi Bakı əvvəl Qarabağ probleminin tam mənada həllinə çalışır. Ermənistan isə bölgə ətrafında geosiyasi reallıqların dəyişə biləcəyi ilə bağlı amillərə ümid etdiyindən, hələlik, rəsmi Bakı ilə münasibətləri sakitləşdirmə siyasətinin prinsipləri üzərində hərəkət etməyə çalışır”.

Gülyanə

Digər xəbərlər