PDF Oxu

Siyasət

  • 1 867

Ağcabədidə Xocalı faciəsi ilə əlaqədar tədbir keçirilmişdir ŞƏRH

Ağcabədidə Xocalı faciəsi ilə əlaqədar tədbir keçirilmişdir ŞƏRH

Fevralın 23-də Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatının və Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.Tədbirdə YAP fəalları, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin əməkdaşları, könüllülər və gənclər iştirak etmişdir. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açır elan etdikdən sonra Xocalı faciəsi qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların, qardaş Türkiyədə zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbirdə məruzə edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu, erməni millətçilərinin xalqımıza qarşı yüz illər ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırıb.

Natiq onu da vurğulayıb ki, Xocalı soyqırımına ilk siyasi qiymət Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təklifi və tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra verilmişdir. Tədbirdə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova, 1 saylı ərazi partiya təşkilatının sədri Samirə Nəsirova, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin könüllüsü, Xocalı sakini İlahə İsmayılzadə və 7 saylı ərazi partiya təşkilatının sədri Polad Musayev çıxış edərək, Xocalı qətliamının amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş soyqırım olduğunu bildirdilər. Çıxışlardan sonra Ağcabədi şəhər 5 saylı uşağ bağcasının körpə fidanları tərəfindən Xocalı faciəsinə həsr edilmiş şeirlər səsləndirilmişdir.

Tədbirin sonunda Xocalı faciəsinə həsr edilmiş film nümayiş etdirilmişdir.

Zümrüd

Digər xəbərlər