Yasamal rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı ilə birgə Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş “Xocalı soyqırımı bəşər tarxinin ən dəhşətli faciəsidir” adlı tədbir keçirilib.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Yeni Azərəbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Anar isgəndərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Misir Mərdanov, Milli Məclisinin deputatları- Elnur Allahverdiyev, Ülvi Quliyev, Azərbaycan Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, müdafiə sənayesi nazirinin müşaviri Əlibaba Əliyev, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının məsul əməkdaşları,Xocalı şəhidlərinin ailə üzvləri, Yasamal Rayonu üzrə ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və rayon ictimaiyyəti iştirak edib.
Tədbir işirakçıları ilk öncə Yasamal rayonunda Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət olub, şəhidlərimizin əziz xatirələri yad edilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və Respublikamızın suverenliyi, ərazi bötövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olmuş bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonra çıxış üçün söz Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar isgəndərova verilib. Anar İsgəndərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı günü haqqında" qərar qəbul edilib. Çıxışına davam edən A.İsgəndərov qeyd edib ki, Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan haqqında əsl həqiqətlər beynəlxalq aləmə çatdırılır, bu istiqamətdə təbliğat aparılır, erməni vandalizminin bütün gerçəklikləri dünyaya nümayiş olunur. Bu soyqırımın Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu deyən deputat 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə müzəffər Ordumuzun Xocalı qurbanlarının qisasını aldığını, onların qanının yerdə qalmadığını diqqətə çatdırıb.Tədbirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təqdimatında bədii hissə ilə davam edib.Tədbirinin sonununda Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı ilə birgə biz birlikdə güclüyük devizi ilə Xocalı şəhidlərinin ailələrinə ərzaq yardımları qədim edilib.