PDF Oxu

Siyasət

  • 2 356

Bəşər tarixində ən qanlı cinayət ŞƏRH

Bəşər tarixində ən qanlı cinayət ŞƏRH

1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmış, 1 şəhər, 2 qəsəbə, 50 kəndi olan Xocalı rayonunun sahəsi 0,94 min kv. km, əhalisi 24417 nəfərdir. Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 km-liyində, Qarabağ silsiləsində yerləşir. Bu il bəşər tarixində ən qanlı cinayət sayılan Xocalı soyqrımının tərədilməsindən 31 il keçir. Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırım etmişdir. Bu dəhşətli, dünyada qəddarlığına görə seçilən soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Faciədə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər əsir isə götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın arzu, istək və təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra Xocalı Soyqrımına hüquqi-siyasi qiymət verilmişdir. Ulu öndər Xocalı soyqrımı haqqında fikirlərini belə ifadə etmişdir. "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür". Məhz ulu öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü” haqqında qərar qəbul etdi, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı.

Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Dövlət başçımızın rəhbərliyi ilə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində məqsədyönlü işlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə səmərəli fəaliyyətini xüsusi qeyd etməliyik. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Bu kompaniya bu istiqamətdə atılan ən önəmli addımlardandır desək yanılmarıq. Məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul etmişdir.27 sentyabr 2020-ci ildə başlamış və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə tarixi zəfər əldə etdi. Beləliklə, misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz yenilməz sərkərdə Ali Baş Komandanın rəhbərliyi ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının da qisasını aldı.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər