Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşkilatın əməkdaşları, Ərazi Partiya Təşkilatlarının fəalları, qazilər Xocalı soyqırımının qurbanlarının əziz xatirəsini təşkilatın inzibati binası qarşısında bir dəqiqəlik sükutla yad ediblər. Anım mərasimində çıxış edənlər ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışıblar. Bildirilib ki, törədilən soyqırımının qisası 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz döyüş meydanında Ermənisatanın silahlı qüvvələrini darmadağın edib, torpaqlarımızı işğaldan azad etməklə alıb.
Afət