PDF Oxu

Siyasət

  • 2 852

Qubada şəhid Cəmil Xələfovun ailəsi ziyarət edilib FOTOLAR

Qubada şəhid Cəmil Xələfovun ailəsi ziyarət edilib FOTOLAR

Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, rayonun Timiryazev qəsəbəsindən olan Şəhidimiz Xələfov Cəmil Fikrət oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə Cəmil Xələfovun şərəfli həyat və döyüş yoludan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışılıb, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.Rayon təşkilat sədri qeyd edib ki, şəhid ailələrinə və qazilərə dövlət başçısı tərəfindən daim diqqət və qayğı göstərilir. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, şəhid Xələfov Cəmil Fikrət oğlu ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Nəzakət Ələddinqızı

Digər xəbərlər