PDF Oxu

Siyasət

  • 2 668

“Lavrovun Bakıya səfərinin əsas məqsədi sülh sazişi ilə bağlıdır” MÜNASİBƏT

“Lavrovun Bakıya səfərinin əsas məqsədi sülh sazişi ilə bağlıdır” MÜNASİBƏT

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərinin əsas məqsədi şübhəsiz ki, sülh sazişi ilə bağlıdır. Məlumdur ki, sülh müqaviləsinin imzalanması istiqamətində həm Vaşinqton, həm də Brüssel vasitəçilik səylərini davam etdirirlər”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, Moskva təşəbbüsü əldən vermək istəmir və bir qədər bundan əvvəl xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevin səfəri də məhz bu məqsədə xidmət edirdi: “O da məlumdur ki, Rusiya Azərbaycanla Ermənistan arasında ilkin razılaşmanı pozmaq üçün çox ciddi addımlar atdı və Rusiya variantını tərəflərə qəbul etdirməyə çalışdı. Ancaq Azərbaycan bu variantı qətiyyətlə rədd etdi və Azərbaycan Prezidenti bildirdi ki, sülh sazişində “Dağlıq Qarabağ” ifadəsi keçə bilməz və “Dağlıq Qarabağ”la bağlı heç bir bənd sülh sazişində yer ala bilməz. Görünür Azərbaycanın tələblərini nəzərə alan Rusiya sülh sazişində ciddi dəyişikliklər edib və bunu təbiidir ki, Azərbaycan rəhbərliyinə təqdim etmək və mümkünsə qısa müddətdə həm xarici işlər nazirlərinin, həm də liderlərin görüşünü təşkil etmək istəyir. Sergey Lavrovun da səfəridə bu məqsədə xidmət edir”.

A.Səmədov onu da bildirdi ki, tamamilə mümkündür ki, Bakıdan sonra Lavrov İrəvana getsin və Rusiyanın hazırladığı son layihəni təqdim etsin: “Hesab edirəm ki, əsas məqsəd budur və əgər Azərbaycanı qane eləsə təbiidir ki, Rusiyanın vasitəçilik imkanları bir az da arta bilər. Rusiya yaxşı başa düşür ki, burada həlledici söz sahibi Azərbaycandır və onun tələbləri mütləq nəzərə alınmalıdır. Əks halda sülh sazişi ya Brüsselin, ya da Vaşinqtonun vasitəçiliyi ilə imzalanacaq”.

Gülyanə

Digər xəbərlər