28 fevral 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və Ağstafa rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə rayon təşkilatının təsdiq olunmuş iş planına uyğun olaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ağstafa şəhərində yerləşən Gənclik parkında ağacəkmə aksiyası keçirilib. Aksiyada Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, gənc könüllülər, Ağstafa rayon Gənclər və İdman idarəsinin, Qarayazı Dövlət Təbiət Qoruğunun və “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin nümayəndələri iştirak ediblər. 40 nəfərin iştirakı ilə 120 ədəd müxtəlif növ ağac əkilib, əkilmiş ağaclar suvarılıb və onlara aqrotexnik qulluq işləri göstərilib. Gələcəkdə də bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulur.
Afət