PDF Oxu

Siyasət

  • 3 149

Azərbaycan - Rumıniya strateji əməkdaşlıq əlaqələri TƏHLİL

Azərbaycan - Rumıniya strateji əməkdaşlıq əlaqələri TƏHLİL

Bir çox dünya dövlətləri ilə yanaşı, Azərbaycan və Rumıniya arasında da uzun illərdir ki, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olmasını dövlət başçılarının qarşılıqlı səfərləri bunu bir daha göstərir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri münasibətlərin daha da inkişafına söykənir. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti diqqətə çəkilmişdi.

Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirilməsinə önəm verilib. Bu gün regionda böyük gücə malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində də xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi bu əlaqələrin davamlığına söykənir. Azərbaycan Prezidenti İlham Əliyev dövlətlər arasında təmasların müntəzəm xarakter daşımasından məmnunluğunu bildirərək, iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin bu istiqamətdə atılmış önəmli addım olduğunu qeyd edib. Rumıniya Parlamentinin Deputatlar Palatasının sədrinin ölkəmizə geniş heyətlə səfər etməsini də əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib. İkitərəfli gündəliyin genişləndiyini qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin mahiyyətinin keyfiyyətcə müsbətə doğru dəyişdiyini diqqətə çəkib. Enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi sahəsində müsbət nəticələr əldə olunmuşdur. Bildiyimiz kimi, Dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzalanmışdır. Artıq həmin sənəd əsasında Azərbaycan qazı Rumıniya bazarına çatdırılır. Yaşıl enerji ilə bağlı layihənin həyata keçirilməsindən sonra ölkələr arasında daha böyük işlər görüləcəkdir. Azərbaycan Prezidenti ölkələrimiz arasında münasibətlərin digər istiqamətlərdə də inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu bildirib və İon-Marçel Çolakonun ölkəmizə səfərinin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə də əminliyini ifadə edib.

Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rola malik olan Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır.

Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və cənab Prezident Buxarestə səfər zamanı dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalayıblar.

Bu Sazişin imzalanması ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır. Bu Azərbaycanın Mərkəzi Asiya ilə bağlılığını artıracaq. Bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcəkdir. Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti mühüm əhəmiyyətli bir layihədir.

Görüşdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış dördtərəfli Anlaşma Memorandumunun və bu çərçivədə Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Rumıniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib.

Cari ilin fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannisin mətbuata bəyanatlarla çıxışı zamanı, dövlət başçımız qeyd edib ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər:"Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır… Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir". Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər.

Rumıniya strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırdır. Qeyd etdiyimiz kimi, Azərbaycan yanvar ayından etibarən, Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. 2023-2024-cü illərdə Rumıniyaya əlavə qaz nəql ediləcək. "Energetika, əlbəttə ki, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir", - deyə Prezident qeyd edib.

Bütün bunlarla yanaşı, Azərbaycan Rumıniya arasında olan əməkdaşlığı genişləndirmək üçün bir çox imkanlar var. Qaz, yaşıl enerji dəhlizləri, eləcə də nəqliyyat sahəsində olan münasibətlər dövlətlərarası əlaqələr üçün geniş imkanlar açacaqdır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər