PREZİDENT İLHAM ƏLİYEV: "Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür"
Prezident İlham Əliyevin qlobal və regional məsələlərlə bağlı mövqeyi, baxışları nüfuzlu beynəlxalq tədbirlərdə daim diqqət çəkir. Elə bu günlərdə keçirilən 59-cu Münxent Təhlükəsizlik Konfransı bunu növbəti dəfə nümayiş etdirdi.
Bəli, bəziləri bölgəmizdə yaranmış yeni reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki Azərbaycan bölgədə sülh və sabitliyin təminatçısıdır. Belə ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev yenə də diktə edən tərəfdir. Azərbaycan Prezidenti haqlı olaraq dəfələrlə bəyan edir ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BU KONFRANSA DƏVƏTİ VƏ İŞTİRAKI AZƏRBAYCANIN SÜLH TƏRƏFDARI OLDUĞUNUN TƏZAHÜRÜDÜR
Bəli, müstəqil xarici siyasətə malik olan bir ölkənin lideri olaraq Azərbaycan Prezidenti Münxendə təcrübəyə əsaslanan peşəkar və qətiyyətli siyasi məharətini bir daha nümayiş etdirdi. Və 59-cu Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev cənablarının iştirakı və səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr bir daha dövlət başçımızın diplomatik meydanda növbəti siyasi qələbəsi olmaqla yanaşı, həmçinin, dövlət başçımızın bu konfransa dəvəti və iştirakı Azərbaycanın sülh tərəfdarı olduğunun təzahürüdür. Prezident İlham Əliyev Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyətin tamamilə dəyişdiyini bildirərək yeni reallıqların ortaya çıxdığını diqqətə çatdırıb: "Biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar".
Cənubi Qafqazda təhlükəsizliklə bağlı sualı cavablandıran dövlətimizin başçısı deyib: "Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir".
Göründüyü kimi, Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu dünyaya bəyan edib. Ancaq 10 oktyabr 2020-ci ildən etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmaqla bir daha riyakarlığını nümayiş etdirdisə, Azərbaycan dövləti də haqq yolunda, Vətən yolunda mübarizə apardığını, erməni hiyləsinin, riyakarlığını, normal dövlət ola bilməməsini bir daha dünyaya nümayiş etdirməkdədir.
QARABAĞ AZƏRBAYCANDIR! BUNU MƏN MÜHARİBƏDƏN ƏVVƏL DEMİŞƏM. BU GÜN BUNU TƏKCƏ MƏN YOX, BÜTÜN DÜNYA NƏİNKİ DEYİR VƏ GÖRÜR
Münxendə Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın mövqeyini qapalı görüşlərdə də, rəsmi açıqlamalarda da ifadə etdiyini vurğulayıb: "Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalı və açıqdır və bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür",- deyən Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı və gələcək vəziyyətinə də aydınlıq gətirərərək Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mövqeyimizin tamamilə məntiqli olduğunu diqqətə çatdırıb: "Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır".
Prezident İlham Əliyev Ermənistanın baş naziri tərəfindən yenə qeyri-obyektiv fikirlər səsləndirildiyini və onun yenə də öz amplualarında qaldığını deyərək bildirib ki, Azərbaycanın mövqeyi birmənalıdır: "Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik», deyən dövlətimizin başçısı onu da bildirib ki, biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin: «Bunu mən bu gün cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də bildirmişəm. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun. Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası "Dağlıq Qarabağ problemi" ilə məşğul olmaq istəyirlər. Ona görə onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, - əgər o mövqe varsa, - çatdırmalıdırlar".
Bir sözələ, bir daha Münxen Konfransı bir daha Prezident İlham Əliyevin simasında Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğuna əmin oldu.
BU GÜN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ KEÇMİŞDƏ QALDI, AZƏRBAYCANDA ARTIQ «DAĞLIQ QARABAĞ» ADINDA İNZİBATİ ƏRAZİ VAHİDİ YOXDUR
Prezident İlham Əliyev nəinki, 59-cu Münxen Konfrada, ümumiyyətlə yüksək beynəlxalq tədbirlərin tribunalarında dəfələrlə vurğulayıb ki, 10 noyabr, 20220-cildə öir daha dünya gördü ki, «Qarabağ Azərbaycandır!», Ermənistan isə kapitulasiya oldu.
"Bu gün Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidi yoxdur",-deyən Prezident İlham Əliyev ona da aydınlıq gətirərək bildirmişdir: "Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram».
Bəli, Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi, təkzibolunmayan faktlara əsaslanan tarixi həqiqətlər qarşısında Paşinyanın əsl erməni xislətinə xas olan eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu və digər sayıqlamaları beynəlxalq auditoriyanı və dünya ictimaiyyətini çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Və əgər Paşinyan həqiqətən də Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsdiq edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı.
Azərbaycan Prezidenti İlham Əliyev Münhendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışında bir daha bildirdi ki, artıq Dağlıq Qarapbağ» ifadəsi etibarlı deyil: ""Diqqətinizə çatdırım ki, "Dağlıq Qarabağ" ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. "Naqorno» sözünün mənası dağlıq deməkdir".
Dövlətimizin başçısı, həmçinin Paşinyana mesajının da ünvanladı: "Mən də deyə bilərəm ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib".
Dövlətimizin başçısı onu da bildirdi ki, biz döyüşməyə məcbur olduq: "Biz gözləyirdik ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə hörmət edəcək. Lakin biz gördük ki, heç bir irəliləyiş yoxdur. Ümumi bir fikir yaranmışdı ki, bu münaqişə dondurulub. Beləliklə, biz sübut etdik ki, münaqişə dondurulmayıb. Biz döyüşməyə məcbur olduq. Ləyaqətimizi, ərazi bütövlüyümüzü, ədaləti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün 3 min insanın həyatını qurban verməli olduq".
"Bu gün 1 milyon azərbaycanlını evsiz-eşiksiz qoyulması, 67 məsciddən 65-nin dağıdılması, yadplanetlilərin əməli deyil. Bunu bizim torpağı işğal edən qonşularımız törədiblər, onlar bu torpağı murdarlayıblar. İndi biz onları artıq oradan qovandan sonra onlar ədalətli olmağa çağırırlar. Onlar, - bizim ərazilərimizi 30 il ərzində işğal edənlər, - bizi işğalçılıqda təqsirləndirirlər»,- deyən dövlətimizin başçısı onu da əlavə edib ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatın faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olmasını unutmaq lazım deyil.
Ən gülünc doğuran məqam isə, dövlət başçımız: "Ruben Vardanyan Qarabağı təmsil etdiyi müddətdə ermənilərlə danışıq aparmayacağını", deyəndə Paşinyanın sağa-sola baxaraq bir söz deyə bilməməsi və Laçın dəhlizinin blokadasının olmamasını təkzib etmək üçün bircə tutarlı arqument gətirə bilməməsi oldu.
BİZ AVRASİYADA SÜLHÜN BƏRQƏRAR OLMASINI İSTƏYİRİK
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Almaniyada keçirilən 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan paneldə dövlətimizin başçısı vurğulayıb ki, biz Avrasiyada sülhün bərqərar olmasını istəyirik: «Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər».
Göründüyü kimi, bu görüş bir daha tarixi əhəmiyyəti ilə seçildi. Çünki ilk dəfəidi ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri bir platformada görüşdülər. Bəzi analtiklər hesab edirdi ki, bu, Qafqazda yeni bir üçtərəfli platformasının yaranmasının başlanğıcı ola bilər. Çünki Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqazda yerləşən Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərləri bir araya gəlməmişdi. Xarici işlər nazirləri səviyyəsində belə bir görüş baş tutsa da, rəhbərlər səviyyəsində görüş olmamışdı. Eyni zamanda, Gürcüstanın siyasi rəhbərliyi də Azərbaycan və Ermənistan rəhbərləri arasında körpü rolunu və Tiflisdə üçtərəfli görüşün baş tuta biləcəyinin siqnallarını vermiş oldu. Və bu gün İrəvan götürdüyü öhdəlikləri yerinə yetirsə və Bakı ilə münasibətləri prosesi uzatmadan normallaşdırarsa, yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərlərinin Tiflisdə görüşü də baş tuta bilər.
Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev Münxen Konfransında bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var və orada məskunlaşan ermənilər ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olacaqlar, onların təhlükəsizliyi də tam təmin ediləcək.
Bir sözlə, Münxen Konfransında dünya birliyi bir daha Prezident İlham Əliyevin simasında Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğuna əmin oldu. Belə ki, Ermənistanın bütün danışıqlardan yayınması və bölgədə gərginlik yaratmasına rəğmən Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təklifi ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü bir daha ölkəmizin sülhpərvər mövqeyini ortaya qoydu. Azərbaycan müharibədən qalib çıxan ölkə kimi sülhpərvər mövqeyi ilə dünyaya öz prinsipini göstərmiş oldu. Və bu günə qədər danışıqlardan qaçan Ermənistanı Azərbaycan lideri Münxendə növbəti dəfə ifşa etdi. Ölkə başçısı qeyd etdi ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq. Bu da Ermənistan rəhbərinin növbəti yalanını bir daha sübut etdi
Beləliklə, Münxen Konfransında Azərbaycan Prezidentinin diplomatik qələbəsi ilə yadda qaldı və ölkəmizin növbəti siyasi uğuru olaraq müstəqillik tarixinə yazıldı.
Göründüyü kimi, Qalib liderimiz, Prezident İlham Əliyev yenə də sözü və əməli ilə tarix yazdı. Onun cəsarətli çıxışı həm Paşinyana, həm erməni diasporuna, həm də onların havadarlarına olan xəbərdarlıq idi. Bu, dünya erməniliyinin əsrlərdir dünyanı aldatmaq siyasətini ifşa edən addım olmaqla yanaşı, informasiya müharibəsində Ermənistanın mövqelərinə endirilmiş sarsıdıcı zərbə oldu. Və bütün bu nailiyyətlər bir daha Prezident İlham Əliyevin dünya siyasətindəki yüksək nüfuzunu təsdiq etəklə, Münhen görüşləri yaxınlaşmağa və sülh sazişinin imzalanmasına öz töhfəsini verəcək.
RƏFİQƏ KAMALQIZI