Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq 01 mart 2023-cü il tarixdə Tərtər rayon icra kakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə, Şıxəli Qurbanov, Mahir Əsədov, küçələrində və “Sabir” parkında növbəti ağacəkmə aksiyası keşirilib. Aksiyada Tərtər rayon icra hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak ediblər. Aksiya çərçivəsində 700 ədəd eldar şamı, 1000 ədəd qızılgül və 100 min ədəd həmişəyaşıl təkgöz kolu əkilib.
Rəfiqə