PDF Oxu

Siyasət

  • 1 719

“Bu, qayıdış prosesini sürətləndirə bilər” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bu, qayıdış prosesini sürətləndirə bilər” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Beynəlxalq Miqrasiya Təşkilatı işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramına, o cümlədən qaçqın və köçkünlərimizin qayıdışına öz doğma torpaqlarına qayıdışına töhfə verə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.


Onun sözlərinə görə, bu gün Rusiya sülhməramlıların məsuliyyət zonasında olan ərazilərə qaçqın və köçkünlərimizin qayıdışı məsələsi daha aktualdır: “10 noyabrda imzalanmış üçtərəfli Bəyannatın 7-ci bəndinə əsasən daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmalıdır”.

Deputat sözlərinə belə davam edib: “Yəni, bu prosesdə Benəlxalq Miqrasiya Təşkilatının töhfə verməsi qayıdış prosesini sürətləndirə bilər. Bu baxımdan Prezident İlham Əliyevin Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorinonu qəbul edərək müzakirə etdiyi məsələləri çox əhəmiyyətli hesab edirəm”.

Ayşən Vəli

Digər xəbərlər