Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Prezident Administrasiyasının məsul əməkdaşları, 300-dən çox qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Aksiya zamanı 3 hektar ərazidə 2 mindən çox Eldar şamı və zeytun ağacları əkilib. Yaşıllıq ərazidə yetişdirilən ağaclarda budama aparılıb və bitkilərə qulluq göstərilib.