PDF Oxu

Siyasət

  • 2 224

“Prezident İlham Əliyevin bu çağırışı olduqca yerində və əhəmiyyətli idi” MÜNASİBƏT

“Prezident İlham Əliyevin bu çağırışı olduqca yerində və əhəmiyyətli idi” MÜNASİBƏT

“Cənab Prezident mart ayının 2-də ölkəmizdə keçirilən Qoşulmama Hərəkatının Covid 19-a qarşı mübarizə üzrə təmas qrupunun zirvə toplantısında çıxışı zamanı olduqca vacib məqamlara toxundu”. Bunu “Səs” qəzetinə açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirdi.

Onun sözlərinə görə, Prezident İlham Əliyev hər zaman öz çıxışlarında həm ölkəmiz, xalqımız üçün mühüm məsələlərlə bağlı mövqeyini ifadə edir, eyni zamanda da, qlobal müstəvidə maraq dairəsində olan narahatlıq yaradan məsələlər ətrafında özünün strateji baxışlarını sərgiləyir: “Ölkə Prezidenti Qoşulmama Hərəkatının zirvə toplantısında çıxışı zamanı bir çox məsələlərlə yanaşı, həmçinin, Fransanın törətmiş olduğu soyqırımı aktlarına görə, Fransanın məsuliyyət daşımalı olduğunu da bildirdi. Həqiqətən də, bunu təkcə müasir dünyanın bir hissəsi olaraq Azərbaycanı və xalqını deyil, bütün dünyanı narahat edən məsələdir. Çünki soyqırım cinayətlərini törədənlər məsuliyyətdən kənarda qaldıqca təhlükəli president yaradır və digər ölkələri də bu cür cinayətləri həyata keçirməyə sövq edir. Bu baxımdan, hesab edirəm ki, Cənab Prezidentin Fransa ilə bağlı səsləndirdiyi fikirlər, etdiyi çağırışlar yenə də bütün dünya üçün əhəmiyyət kəsb edən məsələdir. O ki qaldı Fransanın hansı reaksiya verəcəyinə, hesab edirəm ki, əsas məsələ Azərbaycan Prezidentinin belə bir çağırış etməsidir və bu ölkə Prezidentinin iradəsinin göstəricisidir”.

E.Mirbəşiroğlu bildirdi ki, müasir dövrdə heç də dünya liderləri aşkar şəkildə öz fikirlərini edə bilmirlər: “Amma Azərbaycan Prezidenti həmişə olduğu kimi, böyük iradə ilə cəsarətli şəkildə açıq fikirlərini ifadə etdi. Həm BMT Təhlükəsizlik Şurası ilə bağlı, həm digər məsələlərlə bağlı, həm də Fransanın müstəmləkə cinayətləri və soyqırımı cinayətlərini bir daha dilə gətirdi. Ən azından bu ona görə əhəmiyyətlidir ki, dünyanın diqqətini biz bir daha bu məsələyə cəlb etmiş olduq. Hesab edirəm ki, bu, ən azından Fransanın gözünü kölgəli edəcək bir çağırışdır və həm də bir xatırlatmadır. Çünki bildiyimiz kimi, Fransa öz müstəmləkə cinayətlərindən törətmiş olduğu soyqırım aktlarından utanmayaraq onları unudaraq yenə də Azərbaycan xalqına qarşı ən qanlı soyrımı həyata keçirən Ermənistanın yanında olduğunu bildirir. Çəkinmədən Azərbaycan torpaqlarında erməni separatizminə dəstək olduğunu ifadə edir. Hesab edirəm ki, Fransanı ən azından heç olmasa öz cinayətlərindən utanmağa bir çağırış kimi də bunu dəyərləndirmək olar. Bütün hallarda Azərbaycan Prezidenti İlham Əliyevin bu çağırışı olduqca yerində və əhəmiyyətli idi.

GÜLYANƏ

Digər xəbərlər