PDF Oxu

Siyasət

  • 2 043

Bəhruz Quliyev: "SƏS TV-yə dəymiş ziyana görə məhkəməyə müraciət olunacaq" - AÇIQLAMA

Bəhruz Quliyev: "SƏS TV-yə dəymiş ziyana görə məhkəməyə müraciət olunacaq" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi bir neçə gündür ki, SƏS İnternet Televiziyasının "Youtube", eləcə də SƏS TV xəbər kanalı haker hücumuna məruz qalıb. Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələrin nəinki dezinformasiya və yanlış xəbərlər yayılması, habelə infrastruktura kənar müdaxilə etməklə informasiyanın mənbədən silinməsi və dəyişdirilməsi üsulundan istifadə etməklə hədəfinə çevrilir.SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev SİA-ya açıqlamasında bildirib ki, hər iki kanalın müəlliflik hüququ var idi və bu hadisələrə görə, "Baku CMS" və "Youtube" şirkəti cavabdehlik daşıyır. Hər iki şirkət barəsində kanala dəymiş ziyana görə, təzminat davası açılacaq və məhkəməyə müraciət olunacaq.Bəhruz Quliyev əlavə edib ki, faktiki olaraq 11-12 il ərzində fəaliyyət göstərən SƏS İnternet Televiziyasının "Youtube" və SƏS TV xəbər kanalında yaranmış vəziyyətlə bağlı əlaqədar hüquq-mühafizə orqanlarına da müraciət olunub: "Bu, kanalın çökdürülməsinə hesablanmış sui-qəsddir".Xatırladaq ki, Azərbaycan Respublikasında ən baxımlı kanallardan bir neçəsi məhz bu cür hallarla üzləşib. Araşdırmalara görə hakerlərin İran və Ermənistan tərəfindən təşkil olunması ehtimal edilir.

Digər xəbərlər