PDF Oxu

Siyasət

  • 4 815

"Ulu Öndərin Azərbaycan İdmanının inkişafında rolu" ŞƏRH

"Ulu Öndərin Azərbaycan İdmanının inkişafında rolu" ŞƏRH

YAP Abşeron rayon təşkilatı Masazır 4 saylı ərazi partiya təşkilatında Ulu öndər Heydər Əliyevin 100 illiyi və Bədən tərbiyəsi idman günü ilə əlaqədar olaraq "Ulu Öndərin Azərbaycan İdmanının inkişafında rolu" mövzusunda tədbir keçrilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, sədr müavini Ülvi Salmanov, Abşeron-Xizi regional idaresinin məsləhətçisi Pərviz Əhmədov, Könul Nəcəfova, rayon ictimaiyyəti, təhsil idarəsinin məhsul şəxsləri, bir sıra idmançılar və məktəb kollektivi, Abşeron rayon İcra Hakimiyetinin Baş məsləhətçi Xanım İmanova, Bakı idman və gənclər baş idarəsinin sektor müdiri Gündüz Vəliyev, Abşeron rayon idman və gənclər idarəsinin müdiri Əsgər Əmirəliyev, Azərbaycan Taekvondo federasiyasının qadınlardan ibarət yığma komandasının baş məşqçisi Səbuhi Zülfüqarov, Azərbaycan Kyokuşinkaykan Karate Federasiyasının prezidenti Teyyub Əzizov, Rəşadət Ordenli Vasif Tağıyev və digər dəyərli qonaqlar İştirak etmişdir. Tədbir Azərbaycan respublikasının dövlət himni ilə baslamış, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Heydər Əliyevin Azərbaycan idmanında rolu adlı sənədli filmə baxılıb. Filimdən sonra çıxış üçün söz YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyevə, Bakı idman və gənclər baş idarəsinin sektor müdiri Gündüz Vəliyevə və direktor əvəzi Xosrovlu Faiqə verilmişdir. Tədbirin növbəti hissəsi idman zalında davam etmiş məktəbin müxtəlif idman növlərində uğur qazanmış şagirdləri öz məharətlərini göstərmişdilər. Daha sonda qonaqlar və şagirdlər xatirə şəkli cəkdirmisdir.

İlham

Digər xəbərlər