PDF Oxu

Siyasət

  • 3 062

Paşinyan Qarabağın öz müqəddəratını təyinetmə məsələsindən imtina edib

Paşinyan Qarabağın öz müqəddəratını təyinetmə məsələsindən imtina edib

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın gələcəyi ilə bağlı danışıqlar aparır, ancaq Azərbaycanın daxili məsələsi kimi. "Səs" qəzeti xəbər verir ki, bunu Ermənistan parlamentində ənənəvi brifinqlərdə müxalifətçi deputat, "Respublika" Partiyasının üzvü Hayk Mamicanyan deyib.

Deputatın sözlərinə görə, bu barədə ona yüksək səviyyəli avropalı siyasətçi məlumat verib. “Onun adını açıqlamayacam. Bunu o, erməni deputatlarla görüşlərin birində düz mənim gözlərimin içinə baxaraq bildirdi. Həmin məmur qeyd edib ki, Nikol Paşinyanın Qarabağın öz müqəddəratını təyin etməsi məsələsindən çoxdan vaz keçdiyini və danışıqlar prosesinin bütün məntiqinin Azərbaycanın tərkib hissəsi kimi gələcəklə bağlı olduğunu və qurulduğunu qeyd edib”, - deyə müxalifətçi bildirib.

Mamicanyanın sözlərinə görə, bu siyasətçinin proseslərə müəyyən təsiri var və kifayət qədər ciddi yol keçib: “Əgər kimsə mənim sözlərimi təkzib etməyə çalışsa, mən konkret adlar çəkməyə məcbur olacağam”.

O, "Respublika" Partiyasının sədr müavini Armen Aşotyanın təqdim etdiyi “qalmaqallı sənəd”i təkzib etməyə çalışan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlamalarına da toxunub. Mamicanyanın sözlərinə görə, bu cəhd kifayət qədər yöndəmsiz olub: “Bununla belə, danışıqların məntiqi məhz bu məcrada gedir”.

Digər xəbərlər