PDF Oxu

Siyasət

  • 2 999

"Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir" FOTOLAR

"Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir" FOTOLAR

YAP Oğuz rayon təşkilatının Yaqublu və Zərrab kənd ərazi partiya təşkilatlarında "Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir" mövzusunda geniş tədbir keçirilib. Öncə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatı Yaqublu ərazi partiya təşkilatının fəalı, Yaqublu kənd tam orta məktəbinin direktoru İmran Verdiyev bildirib ki, bu gün Azərbaycanda iqtisadiyyat, elm, mədəniyyət və digər sahələr ilə yanaşı, təhsil sahəsi çox sürətlə inkişaf edir. Azərbaycan öz inkişafına görə, dünyanın öndə gedən ölkələrindən biridir. Bütün bu nailiyyətlər isə, yalnız ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrəsidir. Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verir.

Tədbirdə çıxış edən Zərrab ərazi partiya təşkilatının sədri Arif Əliyev, Yaqublu kənd tam orta məktəbinin müəllimələri Samirə Mövlamova, Xalidə Heydərova, Aidə Heydərova, Yaqublu kənd körpələr evi-uşaq baxçasının müəlliməsi Nurlana Hətəmova, Zərrab kənd tam orta məktəbinin direktoru Qadir Abdullayev, məktəbin müəllimi Səyavuş Qasımov Prezident İlham Əliyev tərəfindən təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalandağını və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olduğunu bildiriblər. Qeyd edilib ki, ölkəmizdə təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib. Çıxış edənlər əminliklə bildiriblər ki, müasir Azərbaycan təhsili özünün zəngin tərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq, milli təhsil quruculuğu sahəsində başladığı lazımi islahatları başa çatdıraraq, təhsil islahatlarının memarı və qurucusu Heydər Əliyevin müdrik tövsiyələrini əzmlə həyata keçirəcək. Böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan Heydər Əliyev xalqımızın xilaskarlıq, sabitlik və inkişaf missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, Azərbaycanın dövlət müstəqilliyinin banisidir. Bu gün Ümummilli lider Heydər Əliyevin davamçısı olan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qafqazda lider ölkə olaraq qalır. Bizə bu böyük uğurları qazandıran Heydər Əliyev siyasəti, onun qurub-yaratdığı strateji yoldur. Bu yol Azərbaycanı daha işıqlı sabahlara doğru aparacaq.

Sonra çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir. Çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderin görmək istədiyi kimi qüdrətlidir, öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir və üçrəngli bayrağımız ən yüksək zirvələrdə qürurla, əzəmətlə dalğalanır. Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasət uğurla davam etdirilir, möhtəşəm nailiyyətlərlə müşayiət olunur.

Tədbirin sonunda partiya sıralarına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim edilib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər