PDF Oxu

Siyasət

  • 5 224

Ümumxalq partiyası - YAP

Ümumxalq partiyası - YAP

Yeni Azərbaycan partiyası nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ən böyük partiyalarından biri olmuşdur.Partiyanın 2021-ci il 5 mart tarixində keçirilən VII Qurultayı olkəmizin önəmli ictimai-siyasi hadisələrinden biri olmuşdur. Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII Qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. YAP-ın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi.

Qurultayda çıxış edən dövlətimizin başçısı İlham Əliyev bir sıra önəmli mesələlərə toxunmuş,o cümlədən həm dövrdə yenicə bitmiş İkinci Qarabağ müharibəsinden də bəhs etmişdir. Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq.

Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır.

Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb. İlham Əliyev müstəqillik dövrü tariximizin obyektiv əsaslarda öyrənilməsi, gənc nəslin milli və vətənpərvərlik ruhunda tərbiyə edilməsi, Böyük Qayıdış adlandırdığımız milli vəzifənin yerinə yetirilməsi, ordu quruculuğu işinin davam etdirilməsi, bütün sahələrdə islahatların dərinləşdirilməsi və şəffaflığın daha da artırılması kimi məsələlərə toxundu. VII Qurultayda prioritet məqsəd və vəzifələri yeniləyən Yeni Azərbaycan Partiyası monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını bir daha nümayiş etdirdi. Həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsasını qoyan VII Qurultay haqqında əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran
strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.

Babayeva Elanora
Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı məktəbin tarix müəllimi

Digər xəbərlər