PDF Oxu

Siyasət

  • 1 622

Bakı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir ŞƏRH

Bakı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir ŞƏRH

Bildiyiniz kimi, Qoşulmama Hərəkatı yaradılmasına dair ideya ilk olaraq 1955-ci ildə İndoneziyada Bandunq konfransında irəli sürülmüşdür. Lakin 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olundu. Qoşulmama Hərəkatı özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. İndiyədək, Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 37-i Asiya, 26-sı Latın Amerikası və 2-si Avropadandır. Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük beynəlxalq təşkilatdır.

2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrliyi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev edir. Düzdür, Cənab Prezidentin sədrlik etdiyi dövr dünyada tüğyan edən COVİD-19 pandemiya dövrünə təsadüf etsə də, qeyd olunan təşkilatda mütamadi olaraq işlər aparılmışdır. Bunlardan biri də Parlament və Gənclər şəbəkəsini xüsusi qeyd etmək lazımdır. Bu şəbəkələr beynəlxalq təşkilata üzv olan ölkələrin parlament strategiyasında və həmçinin gənclərin gələcək inkişafı sayəsində ölkələrin əldə etdiyi təcrübəni bölüşməsi ilə nəticələnəcəkdir. Bu üzv ölkələrin iki mühüm sahədə gələcək inkişafına böyük dəstək olacaqdır. Belə uğurlu gedişlər yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayacaqdır.

Mart ayının 2-si 2023-cü ildə cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edərək bir çox məsələlərə toxunmuşdur. Bunlardan biri müasir dünyada lazım olan inkişaf növü olan institusional inkişaf olmuşdur. Qeyd olunan inkişaf növü iqtisadi təfəkkür və düşüncəni istiqamətləndirir. Burada iqtisadi qərarların qəbulunda - institutlar, dövlət, qanunçuluq, ictimai təşkilatlar, strukturlar, ənənə və sair iqtisadi, qeyri-iqtisadi xarakterli təsisatlar mühüm rol oynayır və eyni zamanda iqtisadi münasibətlər şəbəkəsində əhəmiyyətini nümayiş etdirməkdədir. Daha sonra cənab prezident İlham Əliyev çıxışında günümüzdə neokolonializmə meyilin artığının müşahidə olunduğunu vurğulamışdır. Yeni bir sözlə dünya güc ölkələrinin nisbətən zəif ölkələrə təsir gücünün göstərildiyini bildirmişdir. Bu isə təqdirəlayiq qiymətləndirilmir. Cənab Prezidentin vurğuladığı kimi, hər şey ədalətli olmalıdır.

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər