Bakıda 2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrliyi ilə təşkilat sürətli şəkildə inkişaf edib. Ölkəmizin fəaliyyəti və göstərdiyi səylər beynəlxalq nüfuza malik olmasını əks etdirir. Görülən işlər və göstərilən səylər Azərbaycanın dünya miqyasında aparıcı dövlət olmasından irəli gəlir. Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə yeni bir mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin təşəbbüsü ilə görülən işlər dünyanın beyin mərkəzləri və güclü dövlətlər tərəfindən də rəğbətlə qarşılanır.
Cari ilin 2 mart tarixində Prezident İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının koronavirusla mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışında bir çox dünya əhəmiyyətli məsələləri əhatə edən mühüm məsələlərə toxundu. Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ali məqsədlərə xidmət etməklə ədaləti və beynəlxalq hüququ müdafiə edir. Hərəkatın COVID-19-a qarşı mübarizə sahəsində gördüyü böyük işlərin coğrafiyası kifayət qədər genişdir. Bu Hərəkatın dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi, Zirvə toplantısında mühüm qərarların qəbulu və koronavirusla mübarizəyə ciddi töhfələrin verilməsi, BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması, BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında “peyvənd millətçiliyi”nə qarşı qətnamələrin qəbul edilməsi kimi faktlar buna nümunədir. Hərəkatın sədri, Azərbaycan Prezidenti bütün bunların həyata keçirilməsində böyük əzm göstərmişdir.Həmçinin, Azərbaycanın BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifi ilə çıxış etməsi də həm Qoşulmama Hərəkatının sədri kimi, həm də aparıcı dövlət kimi xüsusi rol oynadığını bildirir.Əminliklə deyə bilərik ki, Şuşa Razılaşması əsasında yaradılmış Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Hərəkatın işində böyük töhfə verəcəyi şübhəsizdir. Bu qurumun böyük uğurlara imza atacağına inam yaradan amillərdən biri də Təşkilatın daimi katibliyinin Bakıda yerləşməsidir. Ona görə ki, Azərbaycanda dünya üçün nümunəvi modelə çevrilən gənclər siyasəti həyata keçirilib. Bu, təşkilatın işini həyata keçirməsi üçün potensialdır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini