PDF Oxu

Siyasət

  • 1 861

Aİ Moldovaya mülki missiya göndərəcək

Aİ Moldovaya mülki missiya göndərəcək

Bir sıra Aİ ölkələri bu yay Moldovaya mülki missiya göndərmək niyyətindədir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətindəki (EEAS) mənbələrə istinadən məlumat yayılıb.Məlumata görə, bu missiya çərçivəsində Aİ-dən olan ekspertlər ədliyyə, polis, gömrük, kiberhücumlarla və dezinformasiya ilə mübarizə sahələrində məsləhətləşmələr aparacaqlar.Bildirilir ki, planlaşdırılan missiya Moldova hökumətinin sorğusuna cavab olaraq göndəriləcək və Kişinyovun Ukraynadakı münaqişə ilə bağlı narahatlığını aradan qaldırmaq məqsədi daşıyacaq.Qeyd olunur ki, Baltikyanı ölkələr, Almaniya, Polşa, İsveç, Çexiya, Portuqaliya, Rumıniya və Danimarka Moldovaya mülki missiyanın göndərilməsi təşəbbüsünü dəstəkləyir. Diplomatlar yeni missiyanın “yayın əvvəlində” başlayacağını gözləyirlər.Sövdələşmə məlumatları bu gün səhər dünyada neftin qiymətinin ucuzlaşdığından xəbər verir.İnvestorlar Çində cari il üzrə ÜDM proqnozlarına diqqət yetiriblər. Belə ki, proqnozlar gözləntilərdən zəif olub.Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,84% azalaraq 1 bareli 85,11 dollara, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,89% artaraq bareli 78,97 dollara çatıb.Çin hakimiyyəti bazar günü ölkənin cari il üzrə ÜDM-in artım perspektivlərini 5% olaraq qiymətləndiriblər ki, bu da bazar gözləntilərindən zəif olub. Bununla belə 2022-ci il ərzində ÜDM 3% proqnozlaşdırıldığı halda 5,5% artıb. Çin dünyanın ən böyük neft istehlakçılarından və idxalçılarından biridir, bu səbəbdən iqtisadi proqnozlar tələbatın perspektivlərinə təsir göstərir.Bazarlar üçün digər mühüm faktor ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) pul-kredit siyasətidir. Bu həftə FES-in rəhbəri Cerom Pauel parlamentdə çıxış edəcək. Bazarlar FES-in əsas tarif ezrə planlarına dair ipucları alacaqlarına ümid edirlər.Analitiklər FES-in davam edən yüksək inflyasiya fonunda tarifləri qaldırma dövrünü davam etdirəcəyini hesab edirlər. Sərtləşdirilmiş pul siyasəti resessiya riskini gücləndirir ki, bu da neftə tələbata zərbə vura bilər. Həmçinin tariflərin qaldırılması ənənəvi olaraq dolları dəstəkləyir ki, bu da xammala tələbatı məhdudlaşdırır

sia.az

Digər xəbərlər