Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin apardığı balanslaşdırılmış, müstəqil və ardıcıl xarici siyasət kursu, sərgilədiyi qətiyyətli mövqe, malik olduğu nəzəri və praktiki diplomatik biliklər sayəsində Azərbaycanın beynalxalq səviyyədə əlaqələri genişlənir, regionun lider dövləti olmaqla yanaşı, beynəlxalq aləmdə hesablaşılan nüfuzlu dövlətlərdən birinə çevrilir. Azərbaycanın paytaxtı Bakı şəhərində və respubilkanın ayrı-ayrı bölgələrində təşkil edilən beynalxalq səviyyəli tədbirlərdə regionun problemləri deyil artıq dünyanı, bütün bəşəriyyəti narahat edən ən aktual məsələlər qəbul edilir və mühüm qərarlar qəbul olunur. İctimai-siyasi, sosial-iqtisadi, hərbi sahədə əldə olunmuş uğurlarla yanaşı Azərbaycanın inkişafını, dövlət müstəqilliyinin möhkəmlənməsini təsdiq edən ən önəmli amillərdən biri də cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində ölkəmizin beynəlxaq aləmdə malik olduğu nüfuzudur. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda keçirilən çoxsaylı beynalxalq tədbirlər, ölkə Prezidentinin apardığı müstəqil xarici siyasətin, beynəlxalq hüququn tələblərinə uyğun qarşılıqlı münasibətlərin qurulmasının nəticəsi kimi qəbul edilməli və qiymətləndirilməlidir.
Azərbaycan Respubilkası 2008-ci ildə Qoşulmama Hərəkatına üzv olub.2019-ci ildə isə Qoşulmama Hərəkatına sədrlik yekdilliklə qəbul edilmiş qərarla Azərbaycana ötürülüb. 2022-ci ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddəti bitməsinə baxmayaraq təşkilata daxil olan üzv dövlətlərin yekdil qərarı ilə növbəti bir il müddətinə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddəti uzadıldı. Sədrlik müddətinin bir uzadılması Azərbaycanın Qoşulmama Hərəkatına effektiv rəhbərliyi ilə bağlı olmuşdur. Bildiyimiz kimi, Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi dövrü bəşəriyyətin bəlasına çevrilmiş COVİD-19 pandemiyasının dünyanı bürüdüyü bir dönəmə təsadüf edirdi. Bəşəriyyətin bəlasına çevrilmiş bu pandemiyanın aradan qaldırılması, maksimum dərəcədə bu fəlakətdən az itkilərlə çıxılma dünyanın bir nömrəli vəzifəsinə çevrilmişdir. Cənab Prezident İlham Əliyevin digər sahələrlə yanaşı COVİD-19 bəlasına qarşı aparılan uğurlı qərarlar Azərbaycan əhalisinin həm sağlamlığın təmin edilməsi, sosial vəziyyətdə saxlanılması ilə yanaşı Qoşulmama Hərəkatına daxil olan iqtisadi durumları zəyif olan dövlətlərin əhalisin sağlamlığının qeydinə qalırdı. Azərbaycan tərəfindən bilavasitə həmin dövlətlərə və Dünya Səhiyyə Təşkilatına yardımlar edildi, eyni zamanda, Birləmiş Millətlər Təşkilatının müvafiq qurumlarının xətti ilə həmin dövlətlərə yardım edilməsinə vasitəcilik edildi, müvafiq müraciətlər ünvanlandı. Cənab Prezident İlham Əliyevin diplomatiq məharəti və şəxsi nüfuzu hesabına Qoşulmama Hərəkatının təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının COVİD-19 pandemiyasına həsr edilmiş zirvə toplantısı keçirildi və mühüm qərarlar qəbul olundu.
Mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə COVİD-19 –la yanaşı müasir dünyanı narahat edən olduqca mühüm məsələlər cənab Prezident İlham Əliyev tərəfindən səsləndirildi və müzakirələr aparıldı. Cənab Prezident İlham Əliyevin nitqində səsləndirilən iki mühüm məsələyə bunlardan biri neokolonializm məsələləri digəri isə BMT sistemində islahatların aparılması məsələsinə diqqət yetirilməsini zamanın zəruri çağrışları kimi qiymətləndirmək olar. Cənab Prezident İlham Əliyev qətiyyətli dövlət xadimi olmaqla yanaşı, zamanın çağırışlarını vaxtında qiymətləndirən və zəruri qərarları qəbul etməyi bacaran dünya liderlərindəndir. Cənab Prezident yuxarıda qeyd olunan məsələlərlə bağlı demişdir: “Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.
Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdük. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib.
Mən həmin Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif etmişdim. Bu təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib.Biz bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.Azərbaycan əksəriyyəti bizim Qoşulmama hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.
Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib.
Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.
Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır. 2021-ci ildə Belqradda keçirilən Yüksək Səviyyəli yubiley görüşündə mən Hərəkatın COVID-19-dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi ideyasını irəli sürdüm. Bunu nəzərə alaraq mən bu Zirvə toplantısını çağırdım və inanıram ki, bu tədbir yeni meydana çıxan qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanı yaradacaq. Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir.
Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir.
Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir.
Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.
Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.
Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik.
Reallıq bundan ibarətdir ki,BMT –nin Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən manopliyaya alınmış vəziyyətdədir. Həmin dövlətlər özlərinin veto hüququndan istifadə edərək istənilən qaydada qərar qəbul etdirə bilirlər.Ona görə də cənab Prezident İlham Əliyev bu təşəbbüslə çıxış etməklə dünyanın idarəetmə sistemində mövcud olan ədalətsizliyin qarşısını alınmasına Qoşulmama Həaraktına üzv olan dövlətlərin qoşulmasına çağır etmiş oldu.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri